Qırmızı.az
Xoşqədəm ATV-dən niyə getdi? – SƏBƏBLƏR – VİDEOLAR
Tanınmış telejurnalist Xoşqədəm Baxşəliyevanın (Hidayətqızı) ATV-də yayımlanan populyar “Səni axtarıram” verilişini ANS TV-yə transfer etməsi hazırda ciddi şəkildə müzakirə olunmaqdadır.
Axar.az xəbər verir ki, reytinqli və baxımlı bir kanaldan populyar verilişin dayandırılıb, digər telekanala adladılması və bunun səbəbi barədə açıqlama verilməməsi ciddi suallar yaradır. Hazırda nə Xoşqədəm Hidayətqızının özü rəsmi açıqlama yayıb, nə də ATV rəhbərliyi. Ona görə də ehtimallara yol açılıb.
Ehtimallardan ən inandırıcısı isə ATV-dəki “Öz aramızda” adlı digər populyar veriliş və onun aparıcısı Zaur Baxşəliyevlə bağlıdır. Artıq bir müddətdir ki, Z.Baxşəliyev “Öz aramızda” verilişində proqramın formatına qətiyyən uyğun olmayan istiqamət seçib. Belə ki, hazırda “Öz aramızda” verilişində də itkin düşmüş insanların tapılması istiqamətində Z.Baxşəliyevin komandası çalışmaqdadır.
Sözügedən mövzular mart ayından üzübəri özünü göstərir. Yəni bir aydan artıqdır ki, “Öz aramızda” “səniaxtarıramlıqla” məşğuldur - atasının şiddətinə görə evdən qaçan gənci, 15 ildir ki, itkin düşən Tver vilayəti sakinini, 11 yaşlı Ceyhunu, 21 ildir ki, ailəsindən didərgin düşüb Qazaxıstanda yaşayan ailə başçısının tapılması və s. süjetləri misal göstərmək olar.
Görünür, Xoşqədəm Baxşəliyeva Z.Baxşəliyevin “Səni axtarıram” verilişinin formatına uyğun verilişlər hazırlamasından və onun mövzusunu mənimsəmə cəhdindən təbii narazılığını dilə gətirib. Bu haqlı narazılığı doğuran səbəbin aradan qaldırılmaması isə X.Baxşəliyevanı radikal addım atmağa – yəni verilişini komandası ilə birgə digər populyar kanala keçirməsinə səbəb olub.
Axar.az olaraq “Öz aramızda” verilişində “Səni axtarıram”ın formatına uyğun hazırlanan süjetlərdən bir neçəsini təqdim edirik:
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi