Sabah hava daha da soyuyacaq
Bizi izləyin

Qırmızı.az

Sabah hava daha da soyuyacaq

Sabah Azərbaycanda hava daha da soyuyacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Publika.az-a verilən məlumata görə, aprelin 12-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, əsasən yağmursuz keçəcək. Lakin gecəyə doğru yağış yağacağı ehtımalı var. Şima-qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturunun gecə 4-6, gündüz 8-12 dərəcə isti olacağı gözlənilir.

Aprelin 12-də Azərbaycanın rayonlarında arabir yağış yağacaq, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturunun gecə 3-8, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 1-6 isti olacağı gözlənilıir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm