TQDK rezident olmaq istəyənlərə müraciət etdi
Bizi izləyin

Qırmızı.az

TQDK rezident olmaq istəyənlərə müraciət etdi

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası rezidenturaya qəbul olmaq istəyənlərə müraciət edib.

TQDK-dan Publika.az-a verilən məlumata görə, Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş “Rezidentura təhsilinin məzmunu və təşkili Qaydaları”na əsasən, dövlət sifarişi əsasında rezidenturada təhsil almış şəxslər rezidenturanı bitirdikdən sonra əmək fəaliyyətini 3 il müddətində Səhiyyə Nazirliyinin göndərişi ilə dövlət səhiyyə müəssisələrində davam etdirməlidirlər.

Qeyd edək ki, rezidenturaya qəbul imtahanlarının birinci mərhələsində 1000 nəfər namizəd müsabiqə şərtini (30 və daha yüksək bal) ödəyərək ikinci mərhələyə buraxılıb.

II mərhələsi iyulun 7-də keçiriləcək və namizədlərin ixtisas fənləri üzrə bilikləri yoxlanılacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm