Qırmızı.az
Səhiyyə Nazirliyi doğum evlərində yoxlama aparacaq
Səhiyyə Nazirliyi (SN) doğum evlərində anestezioloji-reanimatoloji xidmətin təşkili vəziyyətini yoxlayacaq.
Bunu Trend-ə SN-nin baş anestezioloq-reanimatoloqu, Sertifikasiya Şurasının İxtisas Komissiyasının sədri, əməkdar həkim Aydın Qədirov deyib.
Doğum evlərinin həmişə SN-nin nəzarətində olduğunu deyən baş mütəxəssisin sözlərinə görə, müəssisələrdə anestezioloji-reanimatoloji xidmətin təşkili ilə bağlı təhlükəsizlik tədbirlərinə riayət olunma vəziyyətinin öyrənilməsi üçün daim yoxlamalar aparılır: “İndi də doğum evlərini öyrənəcəyik. Biz anestezioloqun super mütəxəssis olmasını yoxlamırıq. Yoxlama aparanda birinci növbədə texniki təminatla bağlı vəziyyəti öyrənirik. Anestezioloji ştat məsələsi normadadırmı, gündəlik idarəetmə və s. vəziyyət necədir?”
Baş mütəxəssis qeyd edib ki, indiyədək aparılan yoxlamaların nəticəsinə görə, müasir dövrdə tibb müəssisələrində anesteziologiya-reamanotologiya xidmətinin normal fəaliyyəti üçün lazımi maddi-texniki baza, kadrların professionallıq səviyyəsi var.
A.Qədirov deyib ki, anestesioloji-reanimatoloji xidmətdə birinci
növbədə təhlükəsizlik tədbirlərinə hazır olmaq lazımdır.
Baş anestezioloq-reanimatoloqun sözlərinə görə, narkoz verilən zaman ən təhlükəli məsələ xəstənin nəfəs alması ilə əlaqədardır: "Çünki narkoz veriləndə xəstədə nəfəs süni olaraq dayanır. Ona görə də süni tənəfüssə hazır olmaq lazımdır. Nəfəsi təmin etməkdən ötrü isə müəssisənin texniki təminat bazası olmalıdır. Tibb müəssisəsinin hər hansı təhlükənin qarşısını almağa qadir olan maddi-texniki bazası olmalıdır. Əgər yoxdursa, orda narkozun verilməsi qadağan edilir. Bütün əməliyyat otaqlarında nəfəs verən süni aparat var, ancaq onu xəstəyə vaxtında qoşmaq lazımdır. Qaydaya görə, yalnız təhlükəsizlik tələbləri ödənilən yerdə narkoz verilə bilər”.
-
Magazin123:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin121:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi