Qırmızı.az
Bakıda daha bir körpə ölümü
Yeni can dünyaya gətirmək istəyən ana körpəsini qucağına ala bilmədi. Bakıdakı 7 saylı doğum evində doğuş zamanı ana görpəsini itirdi.
Hadisənin təfərrüatlarını müəyyənləşdirmək üçün həmin xəstəxanaya yollandıq. Əməlliyatı aparan Sənubər Bəhrzalova ilə söhbət əsnasında xəstənin qohumları otağa daxil olaraq həkimi səhlənkarlıqda günahlandırmağa başladılar. Xəstə İradə Hüseynovanın əri Namiq Hüseynov deyir ki, xanımı 9 ay müddətində Bayıl qəsəbəsində 5 saylı qadın məsləhətxanasında daim nəzarətdə olub. Və bu günə kimi heç bir problem çıxmayıb.
Yaxınların məsləhəti ilə 7 saylı doğum evinə gələn İradə xanıma həkim bildirib ki, doğuş üçün hələ tezdir. 2-ci dəfə gəlişi zamanı da İradə xanım eyni cavabı alıb. Sonuncu dəfə məsləhətxanaya gedən zaman isə həkim bildirib ki, artıq 2 həftə əvvəl doğuş olmalıymış. Gecikmə baş verir və dərhal doğum evinə getməlisiz. Bundan sonra Namiq Hüseynov xanımını yenidən həmin doğum evinə gətirib. Həkim bu dəfə xəstəxanada qalmasını deyib. Gecə saat 2 radələrində isə əməlliyata daxil edilib. Həkim Sənubər Bəhrzalovanın sözlərinə görə xəstə doğum evinə daxil olan zaman vəziyyəti kafi qiymətləndirilib. Sadəcə qarın nahiyəsində ağrılar olub.
Gecə saatlarında xəstənin halı pisləşib, urək döyüntüləri zəifləyib. Bu səbəbdən İradə Hüseynova təcili əməlliyata hazırlanıb. Həkimin son sözü bu oldu ki, bütün zəruri tədbirlər görülüb. Ananın sağ qalması naminə son olaraq körpəni götürməli olmuşuq. Amma bunun sonunu biz də belə gözləmirdik.
Fakt isə faktlığında qalır. Doğuş zamanı körpə dünyasını dəyişib. Həkim səhlənkkarlığı olub-olmaması isə artıq tibbi ekspertizanın nəticələrindən sonra bilinəcək. /ANS TV/
mövqe.az
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu
-
Hadisə10 May 21:25
Kürdəxanı təcridxanasında bit yayılıb? - RƏSMİ AÇIQLAMA
-
Hadisə10 May 20:15
Oteldəki zəhərlənmə ilə bağlı YENİ ŞOK İDDİA
-
Nida Xəbər 10 May 18:30
Prezidentdən Fransaya XƏBƏRDARLIQ: "Kritik həddə çatsa, onda bizdən heç kim inciməsin”