"Amerikanın səsi"nin müxbiri BDU-nun mühafizəçisini məhkəməyə verəcək
Bizi izləyin

Qırmızı.az

"Amerikanın səsi"nin müxbiri BDU-nun mühafizəçisini məhkəməyə verəcək

Fevralın 20-də Bakı Dövlət Universitetinin (BDU) qarşısında keçirilən tələbə nümayişi zamanı "Amerikanın Səsi"nin Bakıdakı müxbiri Tapdıq Fərhadoğluna fiziki hücum edilib.

Hücumu törədən mülki geyimli şəxsin BDU mühafizə xidmətinin əməkdaşı olduğu güman edilir.



Tapdıq Fərhadoğlu Publika.Az-a açıqlamasında yaxın günlərdə həmin şəxs barədə məhkəməyə müraciət edəcəyini dedi:


“Həmin şəxsi tanıyıram, o, Bakı Dövlət Universitetinin mühafizəçisidir. Mülki geyimdə idi, onun şəkilləri və videosu da var. Kamera ilə çəkdiyim yerdə arxadan zərbə endirdi. Diqqətim çəkdiyim istiqamətə idi, ona görə yaxınlaşdığını görmədim. Əvvəlcə kamerama zərbə endirdi, sonra yumruq, təpik vurdu. Sonradan dəfələrlə jurnalist olduğumu dedim və ondan tələb etdim ki, özünü təqdim etsin. Amma o üzünü təqdim etmədən ərazidən uzaqlaşdı”.



T.Fərhadoğlu bu barədə materialların vəkili tərəfindən toplandığını, yaxın günlərdə məlumatların lazımı orqanlara təqdim ediləcəyini dedi.


Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm