Qubada “Mersedes” alma bağına girdi- 3 yaralı
Bizi izləyin

Qırmızı.az

Qubada “Mersedes” alma bağına girdi- 3 yaralı

Qubada “Mersedes” alma bağına girdi- 3 yaralı

Qubada 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə Quba-Xaçmaz yolunun 3-cü km-də, Alekseyevka kəndi ərazisində qeydə alınıb.

Xaçmazda Quba istiqamətində hərəkətdə olan “Mersedes” markalı avtomobil idarəetməni itirərək yoldan çıxıb və ağaca çırpılıb. Nəticədə avtomobilin sürücüsü və 2 sənişin xəsarət alıb. Onlar Quba RMX-na yerləşdirilib.

Tibb müəssisəsindən verilən məlumata görə, hələlik onların şəxsiyyəti müəyyənləşməsə də iki nəfərin vəziyyəti ağırdır.

İlkin versiya olaraq qəzaya səbəb kimi yüksək sürət göstərilir. Hazırda faktla bağlı Quba RPŞ-də araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm