Qırmızı.az
İzmirdə Xocalı soyqırımının qurbanları anılıb
Fevralın 23-də Türkiyənin İzmir şəhərində Xocalı
soyqırımının 22-ci ildönümü qeyd olunub.
Tədbir Azərbaycanın Türkiyədəki səfirliyi və Türkiyədə fəaliyyət
göstərən Azərbaycan Dostluq və Qardaşlıq Cəmiyyəti tərəfindən
təşkil olunub.
Tədbirin əvvəlində Xocalı soyqırımının qurbanlarının xatirəsi bir
dəqiqəlik sükutla yad olunub, Azərbaycan və Türkiyənin dövlət
himnləri səsləndirilib.
Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil üzrə müşaviri Nəcibə
Nəsibova bildirib ki, xaricdə fəaliyyət göstərən 100-dən çox
Azərbaycan nümayəndəliyi Xocalı soyqırımının ildönümünə həsr
olunmuş tədbirlər keçirir: "Lakin Azərbaycan-Türkiyə qardaşlığını
nəzərə alaraq, Türkiyədə bu tədbirlər xüsusi əhəmiyyət daşıyır və
bütün fevral ayı ərzində keçirilir".
N.Nəsibova "Dünya Hocalıyı anlatıyor" adlı xüsusi yaradıcılıq
layihə-müsabiqəsində iştirak edən 29 ölkədən 53 tələbə və
məktəbliyə minnətdarlığını bildirib.
Azərbaycan Milli Məclisinin deputatı Qənitə Paşayeva çıxışında qeyd
edib ki, soyqırım dünya birliyinin Azərbaycan ərazilərinin 20
faizinin ermənilər tərəfindən işğalına göz yumması üzündən baş
verib. O, soyqırım günahkarlarının layiqli cəza alması və belə
faciələrin təkrarlanmaması üçün "Xocalıya ədalət" təşəbbüsü
çərçivəsində səyləri birləşdirməyə çağırıb.
Tədbirdə müsabiqənin qalibləri mükafatlandırılıb. Onlar arasında
Azərbaycan və Türkiyə ilə yanaşı, Qırğızıstan, Monqolustan,
Qvineya, Əfqanıstan və digər ölkələrdən təhsil alanlar da olub.
İlk dəfə bu tədbirdə Xocalı soyqırımı haqqında qumun köməyi ilə
əllə rəsm çəkmək yolu ilə hazırlanmış film-hekayənin təqdimatı
olub.
Tədbirdə İzmirdə təhsil alan müxtəlif ölkələrdən tələbə
kollektivləri, cəmiyyətlər və şəhər administrasiyasının
nümayəndələri iştirak və çıxış ediblər.
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?