"Xocalıya ədalət" kampaniyası çərçivəsində Finlandiya parlamenti qarşısında mitinq keçirilib
Bizi izləyin

Qırmızı.az

"Xocalıya ədalət" kampaniyası çərçivəsində Finlandiya parlamenti qarşısında mitinq keçirilib

Finlandiyada fəaliyyət göstərən "Dostluq" Cəmiyyəti bu ölkənin parlamenti qarşısında "Xocalıya ədalət" kampaniyası çərçivəsində Xocalı soyqırımının 22-ci ildönümünə həsr edilmiş mitinq təşkil edib.

Finlandiyada fəaliyyət göstərən "Dostluq" Cəmiyyəti bu ölkənin parlamenti qarşısında "Xocalıya ədalət" kampaniyası çərçivəsində Xocalı soyqırımının 22-ci ildönümünə həsr edilmiş mitinq təşkil edib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Publika.az-a verilən məlumata görə, aksiya iştirakçıları əllərində "Xocalıya ədalət" yazılmış plakatlar və Türkiyə, Azərbaycan bayraqları tutublar.

"Dostluq" Cəmiyyətinin sədri Təranə Nəzərova mitinqdə çıxış edərək Xocalı soyqırımının ermənilərin insanlıq əleyhinə törətdiyi ən dəhşətli cinayət olduğunu bildirib. Daha sonra Xocalı soyqırımının qurbanları bir dəqiqəlik sükutla yad edilib.

Mitinqdə Azərbaycan və Türkiyə diaspor təşkilatların üzvləri, azərbaycanlı tələbələr, eləcə də Finlandiya ictimaiyyətinin nümayəndələri iştirak edib. Tədbir zamanı Xocalı soyqırımı ilə bağlı videomateriallarla birgə imzalanmış petisiya Finlandiya Xarici İşlər Nazirliyinə və Finlandiya parlamentinə göndərilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm