• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Milli fəallar Təbriz zindanlarında aclıqa başladılar

Milli fəallar Təbriz zindanlarında aclıqa başladılar

Ana dili aksiyalarında 200 azərbaycanlı tutulub

21 Fevral - Dünya Ana Dili Günü mərasimində tutulan Əhər şəhər fəallarından 6-sı Təbrizin ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) idarəsinə köçürülüb. Həmin fəallar Əhərdə döyülərək tutulub və onlardan bir neçəsi aclıq aksiyasına da başlayıb. Onlar Təbriz ETTELAAT-na köçürüldükdən sonra da fiziki və mənəvi təzyiqlərə məruz qalıb. Təbrizin Hafiziyyə xiyabanındakı ETTELAAT idarəsinə köçürülən fəallar bunlardır: Behzad Əbdi, Abbas Lisani, İbrahim Rəşidi, Əkbər Əbulzadə, İbrahim Nuri və Abbas Nəzəri. Məlumata görə, Güneydə böyük nüfuz sahibi olan və dəfələrlə İran zindanına salınmış Abbas Lisani əl-ayağı bağlı, digərləri isə əli bağlı şəkildə Təbrizə aparılıb. GünAz TV-nin xəbərinə görə, fevralın 22-də də bir neçə fəal aclıq aksiyasına başlayıb. Abbas Lisani, Saleh Mola Abbasi, Əkbər Əbulzadə, İbrahim Nuri, İbrahim Rəşidi, Abbas Nəzəri və Behzad Əbdi aclıq aksiyası edənlər sırasındadır. Məlumata görə, tutulanların sərbəst buraxılması üçün vəsiqə qərarı çıxarılıb, lakin onlar qanunsuz şəkildə tutulduqlarına etiraz əlaməti olaraq vəsiqə verməkdən imtina ediblər. Dünya Ana Dili Günü ərəfəsində Güney Azərbaycanda təxminən 200 milli-mədəni fəal təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib. Ana dili tədbirlərində iştirak edən 10 yaşlı qızcığaz (!) isə sonradan sərbəst buraxılıb.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR