İranda Xocalı soyqırımı müxtəlif müstəvilərdə anılıb
Bizi izləyin

Qırmızı.az

İranda Xocalı soyqırımı müxtəlif müstəvilərdə anılıb

İranda Xocalı soyqırımı müxtəlif müstəvilərdə anılıb

İranın bir sıra imam-cümələri və ictimai-mədəni fəalları Xocalı soyqırımını anıblar.

İranın Bakıdakı səfirliyinin mətbuat şöbəsinin sədri Məhəmməd Ayətullahinin İnterAz–a verdiyi məlumata görə, bu gün İranda Xocalı soyqırımı müxtəlif müstəvilərdə anılıb.

Şöbənin sədri bildirib ki, Şuşa məscidinin azanı İran İslam Respublikasının Azəri radiosundan və bir sıra məscidlərdən səsləndirilib.

M.Ayətullahi əlavə edib: "Bu münasibətlə ötən gün bir sıra İran nümayəndələrinin də hüzuru ilə Azərbaycanın İrandakı səfirliyində anım mərasimi keçirilib. Ölkənin bir sıra mədəni-ictimai fəalları və imam-cümələri də Xocalı soyqırımını anıblar və azərbaycanlı soydaşları ilə həmdərd olublar".

Bildirək ki, İran teleradio şirkətinin Bakıdakı nümayəndəliyinin Xocalı soyqırımı ilə bağlı istehsalı etdiyi televiziya filminin nüsxələri təksir edilərək, yayımlanmaq üçün Azərbaycanın yerli telekanallarına verilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm