Qırmızı.az
Millət vəkillərimiz AŞ PA komitələrinin iclaslarında iştirak edəcəklər
Azərbaycanın millət vəkilləri Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) komitələrinin iclaslarında iştirak edəcəklər.
Milli Məclisin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, parlamentin AŞ PA-dakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və deputat Elxan Süleymanov qurumun Monitorinq komitəsinin iclasında iştirak etmək üçün fevralın 26-dan martın 1-dək Maltada səfərdə olacaqlar.
Komitənin iclasında Albaniya tərəfindən qurum qarşısında
götürülmüş öhdəliklərin yerinə yetirilməsi, bu ölkənin hazırkı
durumu, Makedoniya, Monako və Bolqarıstanda aparılmış monitorinqin
nəticələri barədə müzakirələr aparılacaq.
Deputatlarımız müzakirələrdə fəal iştirak edəcək, öz fikirlərini
bölüşəcəklər.
Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Rafael Hüseynov
və deputat Fazil Mustafa AŞPA-nın Hüquqi işlər və insan haqları
komitəsinin iclasında iştirak etmək üçün martın 2-dən 4-dək
Fransada səfərdə olacaqlar.
Paris şəhərində keçiriləcək toplantıda uşaqların dini təriqətlərin
aqressiv təsirindən qorunması, internetə çıxış hüquqları, Avropada
demokratik təsisatlar və tüfeyli həyat tərzi keçirən insanların
hüquqları, mütəşəkkil cinayətkarlıq və terrorizmlə mübarizədə şahid
qismində iştirak edən şəxslərin mühafizəsi və digər məsələlər
müzakirə ediləcək.
Milli Məclisin deputatı Sahibə Qafarova AŞ PA-nın Bərabərlik və
qeyri-diskriminasiya komitəsinin iclasında iştirak etmək üçün
martın 3-dən 6-dək Avstriyaya səfər edəcək.
Vyana şəhərində keçiriləcək toplantıda Avropada insan alveri ilə
mübarizə üsulları, cinsi azlıqlara qarşı diskriminasiyanın aradan
qaldırılması, onların hazırkı durumu və hüquqları barədə fikir
mübadiləsi aparılacaq.
-
Hadisə12:42
Azərbaycanda iki tələbə faciəli şəkildə öldü
-
Region12:07
Etirazçılar Paşinyanın yerinə kimi gətirir? - Baqrat açıqladı
-
Nida Xəbər 11:46
Baqrat impiçment başlatdı: Nikol gedir, yoxsa...
-
Ekologiya11:31
Bu ölkə böyük təhlükə ilə üz-üzədir: qarşısı alınmasa...
-
Nida Xəbər 11:00
Binəqədidə Ulu Öndərə həsr olunmuş tədbir keçirildi - FOTO
-
Region10:23
İrandan bu güzəştləri tələb edirlər, əks halda müharibəyə cəlb olunacaq - Rəisidən etiraf
-
Region09:36
Paşinyana qarşı üsyanda Köçəryan izi: Ayağında “problem” olan keşiş oteldə tapıldı - FOTO
-
Rəsmi xronika09:12
Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım