• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

“Sevil” massivində zərərçəkənlərə ŞAD XƏBƏR – ziyan ödəniləcək

“Sevil” massivində zərərçəkənlərə ŞAD XƏBƏR – ziyan ödəniləcək

“Sevil" massivində vətəndaşlara vurulan ziyanın geri qaytarılmasıyla bağlı iş gedir. Hazırda 1279 şəxsə vurulan ziyanla bağlı ödəniş təmin olunub. Həmin cinayət işilə bağlı 3 nəfər həbs edilib”.

Publika.az xəbər verir ki, bu barədə Baş Prokurorun müavini, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev 2015-ci ilin 1-ci rübü ərzində görülmüş işlərə dair mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, cinayət işi ilə bağlı Hökməli bələdiyyəsinin sədri barəsində əvvəlcə həbs qətimkan tədbiri görülsə də, sonradan səhhətindəki problemlər və həm də ziyanın ödənilməsi zamanı aktiv iştirakına görə barəsindəki qətimkan tədbiri dəyişdirilib.

K. Əliyev bildirib ki, hadisə ilə bağlı ümumilikdə 5 nəfər barəsində cinayət işi açılıb.

“1279 şəxsə ziyanın ödənməsi təmin olunub. Ziyanı ödənilməyən vətəndaşlar isə ziyanın hansı formada ödənməsi ilə bağlı razılığa gəlməyənlərdir. Məsələn, elə insanlar var ki, onlara 7-ci mərtəbədə ev təklif olunur, amma onlar orta mərtəbəni istəyirlər və ya küncdə mənzil istəmirlər. Bəzi insanlar isə ancaq pul tələb edirlər. Bir qisim ziyanı ödənməyən insanlar var ki, biz onların işinin araşdırılması üçün ekspertiza təyin etmişik”.

Təxminən 9 milyon manatdan artıq əmlak üzərində həbs qoyulduğunu deyən K. Əliyev bildirib ki, yəqin ki, məhkəmə qərarından sonra zərərçəkmiş digər vətəndaşlara da çəkdikləri ziyanın ödənişi təmin olunacaq.

Gülnar Əliyeva

Xəbər lenti

DAHA ÇOX XƏBƏR