Qırmızı.az
“20 Yanvar” dairəsində nəqliyyat vasitələrinin hərəkətində YENİLİK
Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən “20 Yanvar” dairəsində tıxacların aradan qaldırılıb, nəqliyyat vasitələrinin sərbəst hərəkəti üçün əlavə tədbirlər görülüb.
ASC-dən Publika.az-a verilən məlumata görə, əvvəllər Sumqayıt istiqamətindən yan yolla şəhərə, “20 Yanvar” dairəsinə daxil olan nəqliyyat vasitələri dairədə hərəkətdə olan nəqliyyat vasitələrini gözləyərək hərəkətlərini davam etdirirdilər. Nəticədə həmin istiqamətdə böyük tıxac yaranırdı.
“Azəryolservis” ASC tərəfindən tıxacın qarşısını almaq üçün nəqliyyat vasitələrinin hərəkətində müəyyən dəyişikliklər edilib. Belə ki, “Şamaxinka” adlanan ərazidən “20 Yanvar” dairəsinə daxil olan nəqliyyat vasitələri dairədə hərəkətdə olan nəqliyyat vasitələrini gözləmədən hərəkətlərinə davam edə biləcəklər.
Dairədə hərəkətdə olan nəqliyyat vasitələri isə həmin istiqamətdən gələn nəqliyyat vasitələrini gözləmək məcburiyyətində qalacaq. Bunun üçün sözügedən ərazidə müvafiq nişanlanma xətləri çəkilib və yol nişanları quraşdırılıb. Şəhər istiqamətindən dairəyə daxil olan nəqliyyat vasitələri isə əvvəlki kimi dairədə hərəkətdə olan nəqliyyat vasitələrini gözləyərək hərəkətlərinə davam edə biləcəklər.
Bundan əlavə, “Azəryolservis” ASC tərəfindən “20 Yanvar” dairəsində sıxlığın aradan qaldırılması üçün dairəyə girişdə yolun hərəkət hissələri genişləndirilb, yolun kənarlarına səki daşları qoyulub. “20 Yanvar” dairəsindən Ziya Bünyadov prospekti və “3-cü mikrorayon” dairəsinə doğru yan yollarda da hərəkət hissəsi genişləndirilib. Sözügedən ərazidə yeni asfalt-beton örtüyü çəkilib, nişanlanma xətləri çəkilib və yol nişanları quraşdırılıb.
-
Nida Xəbər 11:28
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış edir - Yeniləndi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?