Qırmızı.az
İki azərbaycanlı "Qızıl alma" aldı - FOTOLAR
Türk Asiya Strateji Araşdırmalar Mərkəzi (TASAM) tərəfindən təşkil edilən IV Dünya Türk Forumu çərçivəsində “Qızıl alma” ("Kızıl elma") mükafatının təqdimatı baş tutub.
Publika.az xəbər verir ki, doqquz nominasiya üzrə ikinci dəfə təqdim edilən mükafatın "sənət" kateqoriyası üzrə laureatları Azərbaycandan müğənni Azərin və Qazaxıstandan musiqiçi, bəstəkar, qopuz ifaçısı Arslanbek Sultanbekov olub. Onlar türk dünyasının mədəniyyətinə verdiyi töhfələrə görə bu mükafata layiq görülüblər. Diasporla İş üzrə Dövlət Komitəsindən Publika.az-a verilən məlumata görə, mükafatın elm kateqoriyası üzrə isə yenə Azərbaycandan Bakı Dövlət Universitetinin "Türk xalqları ədəbiyyatı" kafedrasının müdiri Ramiz Əsgər layiq görülüb. Bu nominasiya üzrə eyni vaxtda daha beş nəfər - Qazaxıstandan Temirxan Tebegenov, Qırğızıstandan Gülzara Cumakunova, Özbəkistandan Zöhrəddin İsaməddinov, Türkmənistandan Berdi Sarıyev görkəmli qırğız mütəfəkkiri Toktoqulun "Şeirə, nəğməyə çevrilən ömür" kitabının Azərbaycan, qazax, türk, özbək, türkmən dillərinə tərcümə etdikləri üçün layiq görülüblər.
Xatırladaq ki, “Qızıl alma” mükafatı 2013-cü ildə İstanbulda keçirilən II Dünya Türk Forumunda TASAM tərəfindən təsis edilib. Mükafat türk dünyasının iqtisadiyyat, mədəniyyət, incəsənət, elm, texnologiya, diplomatiya və digər sahələrinə töhfə verən şəxslərə təqdim edilir.
Anar Tağıyev
-
Magazin202:00
Məşhur reper öpüşmə səhnəsinə görə sevgilisini tərk etdi
-
Qoroskop00:35
Günün qoroskopu: bir sıra mətləblər əyan olacaq
-
Nida Xəbər 1 May 23:50
Paşinyan: Mümkün qədər tez...
-
Hadisə1 May 23:26
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
-
İqtisadi gündəm1 May 22:50
Dolların qiyməti ilə bağlı QƏRAR
-
Region1 May 22:42
Türkiyə ordusu şəhid verdi
-
İKT1 May 20:50
Telekanallarla bağlı statistika AÇIQLANDI - Ən çox bu verilişlər...
-
Region1 May 20:40
"Xarici agentlər haqqında" qanun layihəsi ikinci oxunuşda qəbul edildi