Azərbaycanda zəlzələ oldu
Bizi izləyin

Qırmızı.az

Azərbaycanda zəlzələ oldu

Qəbələ rayonunda zəlzələ olub. Publika.az-ın Azərbaycan Milli Almlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzinin saytına istinadən verdiyi məlumata görə, bu gün saat 16:38-də Qəbələdən 9 km şimal-şərqdə zəlzələ qeydə alınıb.

Zəlzələnin gücü 3 bala yaxın hiss olunub. Maqnitudası 3,2 olan zəlzələ 7 km dərinlikdə baş verib.

Yeraltı təkanlardan sonra tikililərdə dağıntı olmayıb.

Qeyd edək ki, Qəbələdə fevral ayının 26-da da zəlzələ baş vermişdi. Bir necə gün öncə qeydə alınan təkanların maqnitudası 3 olub.

Ümumilikdə isə fevral ayında Azərbaycanda 7 zəlzələ baş verib. Təkanlar Lerik, Qəbələ, Xəzər dənizi, Hacıqabul, İsmayıllı rayonlarında qeydə alınıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm