Qırmızı.az
Yetim uşaqlar üçün ali təhsil kovatası ayrıla bilərmi?
Təhsil Nazirliyi ölkənin ali məktəblərinə qəbul olmaq istəyən yetim uşaqlar üçün qəbul planında xüsusi kovatının ayrılmasının mümkünlüyü məsələsinə aydınlıq gətirib.
Qeyd edək ki, Rusiya Dövlət Duması yetimlərin ali məktəblərə daxil olması üçün xüsusi güzəştlərin tətbiqinə hazırlaşır. Bu ölkədə hər bir ali məktəb yetimlər üçün 10 faizdən az olmamaq şərti ilə xüsusi kvota ayırmalıdır. Bununla yanaşı, ali məktəblərdə onlar üçün xüsusi hazırlıq kursları da açılacaq.
Təhsil Nazirliyindən Trend-ə bildirilib ki, mövcud qanunvericiliyə əsasən, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər dövlət, bələdiyyə və özəl ali və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.
Nazirlikdən deyilib ki, Azərbaycanın qanunvericiliyində ali təhsil müəssisələrinə tələbə qəbulu zamanı valideyn himayəsindən məhrum olmuş abituriyentlər üçün xüsusi kvotalar və onların xüsusi hazırlığı məqsədilə kursların yaradılması nəzərdə tutulmayıb. Ali təhsil müəssisələrinə qəbul zamanı bütün abituriyentlər kimi həmin qəbildən olan gənclər üçün də hazırlıq ümumtəhsil məktəblərinin proqramı əsasında aparılır.
-
Magazin104:44
“Xəbəri eşidəndən ağlayıram” - Mehriban Xanlarova
-
Kriminal04:14
Ananın məşqçi ilə yaxın münasibəti oğlunun ölümü ilə sonlandı: dəhşətli qətlin PƏRDƏARXASI - VİDEO
-
Cənubi Qafqaz03:13
İrəvanda yük maşını etirazçılara ÇIRPILDI
-
ABŞ02:42
Bayden Trampın debat təklifinə CAVAB VERDİ
-
Magazin202:10
“Avroviziya-2024”ün bütün finalçıları məlum oldu
-
Sosial00:45
ƏDV qəbzləri ölüm saçır: mütəxəssisdən XƏBƏRDARLIQ - VİDEO
-
Qoroskop00:30
Günün ULDUZ FALI: ciddi məsələlərə toxunmaq olar
-
Magazin200:15
“Avroviziya-2024”ün ikinci yarımfinalı başladı - CANLI