
Azərbaycan məscidlərində ümumilli lider Heydər Əliyevin
ruhuna dualar oxunacaq.
Trend xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ)
sədri Şeyxülislam Allahşükür Paşazadə bu gün ulu öndər, xalqımızın
ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü
münasibətilə QMİ-nin təşkilatçılığı ilə keçirilən konfransda
bildirib.
A.Paşazadə Azərbaycan məscidlərində 8 may tarixində cümə namazı
xütbələrində ulu öndərin xatirəsinin yad olunduğu barədə məlumat
verib.
QMİ sədri qeyd edib ki, bundan əlavə, 9 və 10 may tarixlərində də məscidlərdə oxunan moizələrdə ümummilli liderimiz Heydər Əliyevin tarixi xidmətləri yad olunacaq, ruhuna dualar oxunacaq.