• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

“Azərbaycansız türk birliyini qurmaq mümkün deyil”

“Azərbaycansız türk birliyini qurmaq mümkün deyil”

“Azərbaycansız türk birliyini qurmaq mümkün deyil” Nuri Uslu: “Xocalı hadisəsi əsl vəhşilik və soyqırım aktıdır, dünya birliyi bunu görməli və caniləri cəzalandırmalıdır” Türk Dünyası Parlamentlər Dərnəyinin başqanı, sabiq deputat Dr. Nuri Uslunun müsahibəsi

- İstərdik ki, sizin təşəbbüsünüzlə yaranan Türk Dünyası Parlamentlər Dərnəyinin məramı haqqında oxucularımıza məlumat verəsiniz

- Öncə qeyd edim ki, dərnəyimiz türk dünyasında millət vəkilləri arasındakı əlaqəni gücləndirmək, millət vəkillərimizin bir-birilərini daha da yaxından tanımalarını təşkil etmək, ölkələrimiz arasındakı siyasi və iqtisadi əlaqələri gücləndirmək, ortaq tariximizdən gələn dostluq və qardaşlıq bağlarını sıxlaşdırmaq, mədəni zənginliklərimizin tanıdılmasına öz töhfəsini vermək məqsədilə qurulub və fəaliyyət göstərir.

Məhz bu məqsədlə yaradılan Türk Dünyası Parlamentlər Dərnəyi türk dünyası və xalqları başda olmaq üzrə, ortaq mədəniyyətimiz, tariximiz olan bölgədəki digər ölkələrlə də birlikdə ortaq dəyərlərimizin ətrafında birlik, bərabərlik sevgi, sayğı, qardaşlıq, dostluq və dayanışma duyğularını daha da gücləndirəcək, fəaliyyətdə olduqları ölkələrdə mədəni və iqtisadi iş birliyi sahəsindəki müsbət dəyişikliklərə də təsirini göstərəcək.

-Azərbaycan parlamenti ilə əlaqələr necə qurulacaq?

- Qardaş Azərbaycan türk dünyasının bir hissəsi olduğu üçün dərnəyimiz Azərbaycanla bağlı fəaliyyətinə xüsusi önəm verir. Azərbaycansız türk birliyini qurmaq mümkün deyil. Bu gün Azərbaycan dövləti türk birliyi istiqamətində önəmli fəaliyyət göstərir. Azərbaycandakı vəkil qardaşlarımızla əlaqələrimiz var və bu əlaqələr daha da sıxlaşdırılacaq.

- Bu günlərdə Azərbaycan xalqı Xocalı soyqırımının 22 ilini qeyd etdi. Bu barədə nə deyə bilərsiniz? - Dünyanın gözü qarşısında 22 il öncə Xocalı qəsəbəsində yaşayan Azərbaycan türkləri bir gecənin içərisində vəhşicəsinə öldürüldülər. Bu qətliam Azərbaycan türkünün yer üzündən silmə əməliyyatından başqa bir şey deyildi və hadisələrə bu baxımından yanaşmalıyıq.

Vəhşilik o həddə idi ki, ermənilər yaşlı, uşaq, qadın demədən insanları öldürərək, onların başlarının dərisinin soyurdular, başlarından isə futbol topu kimi oynayırldıar. Xocalı hadisəsi əsl vəhşilik və soyqırım aktıdır, dünya birliyi bunu görməli və caniləri cəzalandırmalıdır. Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Elnur Eltürk

Xəbər lenti

DAHA ÇOX XƏBƏR