Məktəblilərə xoş xəbər
Bizi izləyin

Qırmızı.az

Məktəblilərə xoş xəbər

Bu gündən mayın 18-dək Bakının 100 məktəbinin şagirdləri muzey həftəsi – muzeylər və ekologiya proqramı çərçivəsində paytaxtda yerləşən muzeyləri ziyarət edə biləcəklər.

Publika.az xəbər verir ki, Təhsil Nazirliyi Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin təşəbbüsü ilə və YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının himayəsi altında, Bakı şəhərində fəaliyyət göstərən 15 muzeyin tarixi, etnoqrafiq mədəni ekspozisiyası barədə məktəblilərin ekoloji maarifləndirilməsi məqsədilə “Məktəblilər üçün muzey həftəsi – muzeylər və ekologiya” proqramı keçiriləcək.

Tədbirin əsas məqsədi ölkənin aparıcı muzeylərinin kolleksiya fondunun ekoloji, davamlı inkişaf konsepsiyası və etnoqrafiq aspektləri ilə məktəblilərin tanış edilməsidir. Tanışlıq zamanı şagirdlər eko-etnoqrafiq əlaqələrə xüsusi diqqət yetirilərək muzeylərin kolleksiya fondunda olan əsərlərdə insanla ətraf mühit arasında tarixi münasibətlər barədə məlumat ala biləcəklər.

Gülnar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm