Qırmızı.az
I sinfə şagird qəbulu ilə bağlı apelyasiya komissiyaları yaradıldı
Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən 2015-2016-cı dərs ili üçün I sinfə şagird qəbulu ilə əlaqədar paytaxtın 7 təhsil müəssisəsində apelyasiya komissiyası yaradılıb.
Publika.az-ın məlumatına görə, məqsəd qəbul
prosesində valideynlərlə (digər qanuni nümayəndələrlə) ümumtəhsil
müəssisələrində şagird qəbulunu həyata keçirən işçi qruplar
arasında yarana biləcək mübahisələri həll etməkdir.
Komissiyalar mayın 13-dən iyunun 12-nə və avqustun 12-dən
sentyabrın 25-dək fəaliyyət göstərəcək. Müraciətlərin qəbulu və
baxılması hər həftənin III və V günləri saat 10:00-dan 16:00-dək
həyata keçiriləcək. Həmin gün iş günü olmayan bayram gününə təsadüf
etdiyi halda qəbul bir gün əvvəl təşkil olunacaq.
Apelyasiya komissiyaları Binəqədi-Nəsimi rayonları üzrə - Binəqədi rayonu 276 nömrəli tam orta məktəb (Naxçıvani küçəsi 38), Səbail-Yasamal rayonları üzrə - Səbail rayonu 2 nömrəli Texniki Humanitar Lisey (B. Sərdarov küçəsi 24), Nizami-Nərimanov rayonları üzrə - Nizami rayonu 32 nömrəli tam orta məktəb (Özbəkistan küçəsi 3), Qaradağ rayonu üzrə - Qaradağ rayonu 166 nömrəli tam orta məktəb (Lökbatan qəsəbəsi, Nizami küçəsi 4), Xəzər-Pirallahı rayonları üzrə - Xəzər rayonu 156 nömrəli tam orta məktəb (Şüvəlan qəsəbəsi, A. İldırım küçəsi 38), Suraxanı-Xətai rayonları üzrə - Xətai rayonu 95 nömrəli tam orta məktəb (Əhmədli qəsəbəsi, Q. Nəbi küçəsi 13), Sabunçu rayonu üzrə - 252 nömrəli tam orta məktəblərində (Bakıxanov qəsəbəsi, Gənclik küçəsi 31) fəaliyyət göstərəcək.
Gülxar
-
Magazin123:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin121:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi