Bu gün Bakıda temperatur yüksələcək - Hava Haqqında
Bizi izləyin

Qırmızı.az

Bu gün Bakıda temperatur yüksələcək - Hava Haqqında

Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində, əsasən, yağmursuz keçəcəyi gözlənilir.

Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində, əsasən, yağmursuz keçəcəyi gözlənilir.

Temperatur gecə 4-7°, gündüz 11-14° isti, Bakıda gecə 5-7°, gündüz 11-13° isti olacaq.

Atmosfer təzyiqi 763 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 80-90, gündüz 65-75 faiz təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında hava, əsasən, yağmursuz keçəcək. Lakin axşam və gecə bəzi yerlərdə az yağıntı olacağı ehtimalı var.

Temperaturun gecə 1-6° isti, dağlıq ərazilərdə 4-6° şaxta, gündüz 15-20° isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq.

Temperaturun gecə 0-5°, gündüz 10-15° isti olacağı gözlənilir.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq.

Temperaturun gecə 3-8°, gündüz 14-19° isti olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında gündüz hava, əsasən, yağmursuz keçəcək. Lakin axşam və gecə bəzi yerlərdə yağıntı olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq.

Temperaturun gecə 0-5°, gündüz 12-17° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 6-11° isti olacağı gözlənilir.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq.

Temperaturun gecə 3-8°, gündüz 15-20° isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında gecə və səhər bəzi yerlərdə havanın yağıntılı olacağı, gündüz, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Səhər dağlarda duman olacaq.

Temperaturun gecə 5-7°, gündüz 13-18° isti, dağlarda gecə 0-5°, gündüz 8-13° isti olacağı gözlənilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm