Qırmızı.az
Orta məktəblərə işə qəbul olunmaq istəyənlərin nəzərinə
Azərbaycanda müəllimlərin işə qəbulu üçün vakansiyalar Təhsil Nazirliyinə təqdim olunub.
Trend-in məlumatına görə, bunu Azərbaycan təhsil nazirinin
müavini Ceyhun Bayramov jurnalistlərə deyib.
C.Bayramov deyib ki, müəllimlərin işə qəbul məsələləri üç
mərhələdə həyata keçirilir: "İlk olaraq hər bir rayon, şəhər təhsil
idarələri öz ərazilərində olan daxili yerdəyişmələri may ayı
ərzində həyata keçirib artıq başa çatdırıblar. Vakansiyalar barədə
məlumatlar Təhsil Nazirliyinə təqdim olunub. Onlar indi
yekunlaşdırılır. İyun ayı ərzində ölkədaxili sistemdə hazırda
çalışan müəllimlərin yerdəyişmələri həyata keçiriləcək. İyul ayının
ilk yarısında, ilk 15 gün ərzində təhsil sisteminə ilk dəfə daxil
olan insanlar üçün müsahibələr həyata keçiriləcək".
Onun sözlərinə görə, müəllimlərin sınaq-diaqnostik qiymətləndirməsinə gəlincə, bu, ilkin olaraq paytaxtda keçirilmişdi. Hazırda hökumətin müvafiq qurumları ilə həmin prosesin davamı və hansı regionlarda növbəti mərhələnin keçirilməsi müzakirə olunur.
-
Qoroskop00:35
Günün qoroskopu: bir sıra mətləblər əyan olacaq
-
Nida Xəbər 1 May 23:50
Paşinyan: Mümkün qədər tez...
-
Hadisə1 May 23:26
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
-
İqtisadi gündəm1 May 22:50
Dolların qiyməti ilə bağlı QƏRAR
-
Region1 May 22:42
Türkiyə ordusu şəhid verdi
-
İKT1 May 20:50
Telekanallarla bağlı statistika AÇIQLANDI - Ən çox bu verilişlər...
-
Region1 May 20:40
"Xarici agentlər haqqında" qanun layihəsi ikinci oxunuşda qəbul edildi
-
Magazin11 May 20:30
"Komedixana"nın aktrisası rəqsi ilə diqqət çəkdi - VİDEO