• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Bəzi məktəblərdə son zəng bu gün çalınacaq

Bəzi məktəblərdə son zəng bu gün çalınacaq

Bu gün tədris həftəsi 6 günlük olan məktəblərin məzunları üçün “Son zəng” çalınır.

Publika.az-ın məlumatına görə, bu il “Son zəng” iki gün - tədris həftəsi 5 günlük olan məktəblərdə mayın 29-da, 6 günlük məktəblərdə isə ayın 30-də keçirilir.

Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsindən bildirdilər ki, küçə və yollara bitişik bütün ümumtəhsil müəssisələri nəzarətə götürülüb və təhlükəsizlik tədbirləri gücləndirilib. Təhsil Nazirliyinin “Son zəng”lə bağlı tövsiyələrində tədbirin məktəb ərazisində keçirilməsi tövsiyə edilir.

Qeyd edək ki, 2014-2015-ci tədris ilində ölkəmizin ümumi təhsil müəssisələrinin IX siniflərini 111 839, XI siniflərini 90 557 nəfər, qiyabi və axşam məktəblərinin XII siniflərini isə 820 nəfər şagird bitirir.

Xatırladaq ki, ötən tədris ilində respublikanın ümumi təhsil müəssisələrinin IX siniflərindən 118 206, XI siniflərindən 86 797, qiyabi və axşam məktəblərinin XII siniflərindən isə 754 şagird məzun olub.

Gülxar

Xəbər lenti

DAHA ÇOX XƏBƏR