Bakıda özünü qatarın altına atan tələbə imiş
Bizi izləyin

Qırmızı.az

Bakıda özünü qatarın altına atan tələbə imiş

Bakıda özünü qatarın altına atan gəncin kimliyi məlum olub. Dünən ölümdən dönən şəxs 18 yaşlı Dövran Həsənovdur.



O, Bakı Dövlət Universitetinin Psixologiya fakültəsinin 1-ci kurs tələbəsidir. Tələbə yoldaşları bu gün xəstəxanaya gedərək ona baş çəkiblər.



Dünən özünü metronun "Ulduz" stansiyasında qatarın altına atan D.Həsənovun qolu ilə yanaşı, dili də qopmuşdu. Həkimlər onun dilini yerinə tiksələr də, o, danışmaqda çətinlik çəkir.



Qeyd edək ki, D.Həsənov özünü metroda qatarın altına atıb. Qolu amputasiya olunub. /Milli.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm