Bu gün ən uzun oruclu gün olacaq
Bizi izləyin

Qırmızı.az

Bu gün ən uzun oruclu gün olacaq

Bu gün oruc tutanlar üçün ən uzun gün olacaq.

Publika.az xəbər verir ki, Azərbaycanda bu gün – Ramazan ayının 5-ci günü ən uzun oruclu gün olacaq. Buna səbəb isə 22 iyunda Şimal yarımkürəsində ən uzun gündüz, ən qısa gecənin olmasıdır. Ölkəmizdə Ramazan ayında ən qısa oruclu gün isə sonuncu gün olacaq və 16 saat 5 dəqiqə çəkəcək.

Məlumata görə, Keniya, İndoneziya və Braziliya kimi ölkələrdə ən qısa oruc tutulacaq. Norveçdə və İslandiyada -ən uzun oruc tutulacaq ölkələrdə isə müsəlmanlar günün 22 saata yaxınını oruclu keçirəcək.

Qeyd edək ki, Ramazan ayı 30 gün davam edəcək. Əksər rəvayətlərdən əldə edilən qənaət bundan ibarətdir ki, Qədr gecəsi Ramazan ayının son ongünlüyü içərisində yer alıb. Daha dəqiq desək, Ramazan ayının son ongünlüyünün tək gecələrindən birinin Qədr gecəsi olma ehtimalı qətidir. QMİ-nin tərtib etdiyi cədvələ əsasən, Əhya gecələri Ramazan ayının 18-dən 19-na, 20-dən 21-nə, 22-dən 23-nə keçən gecələrə təsadüf edir.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm