Avropa Oyunlarından yazan jurnalistlər mükafatlandırıldı - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Avropa Oyunlarından yazan jurnalistlər mükafatlandırıldı - FOTOLAR

Kütləvi İnformasiya Vasitələrinə Dəstək Fondu (KİVDF) və Milli Olimpiya Komitəsi tərəfindən “I Avropa Oyunlarının Bakıda keçirilməsinin əhəmiyyəti nədən ibarətdir” mövzusunda keçirilən müsabiqənin qalibləri mükafatlandırılıb.

Publika.az xəbər verir ki, Milli Olimpiya Komitəsində keçirilən mükafatlandırma mərasimində MOK-un Baş katibi Ağacan Əbiyev, KİVDF-nin icraçı direktoru Vüqar Səfərli, Mətbuat Şurasının sədri Əflatun Amaşov, bir sıra media holdinqlərinin rəhbərləri, o cümlədən Aynur Camal, Rəşad Məcid, Vüqar Rəhimzadə, İradə Tuncay, Elçin Mirzəbəyli, Akif Aşırlı və digərləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Vüqar Səfərli Bakıda keçirilən I Avropa Oyunlarının əhəmiyyətindən danışaraq bu oyunların ölkəmizdə keçirilməsindən qürur duyduğunu deyib. KİVDF-nin icraçı katibi qeyd edib ki, müsabiqənin keçirilməsində məqsəd bu oyunların əhəmiyyətini ictimaiyyətə çatdırmaqdır.

MOK-un Baş katibi Ağacan Əbiyev də çıxış edərək oyunların dünyaya çatdırılmasında jurnalistlərin əvəzsiz rola malik olduğunu vurğulayıb: “Sağ olsunlar ki, bizim idmançıların uğurlarını belə obyektiv işıqlandırırlar. Biz Azərbaycanın hər şeyə qadir olduğunu sübut etdik və dünya bunu gördü, qəbul etdi”.

Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov da çıxış edərək I Avropa Oyunlarının dünyaya çatdırılmasında hər bir jurnalistin rolu olduğunu qeyd edib. O bildirib ki, idmançıların uğurlarının artmasında, idmanın kütləvilik qazanmasında mətbuatın rolu əhəmiyyətlidir.

Mətbuat Şurasınnı sədri Əflatun Amaşov da Avropa Oyunlarının uğurla başa çatacağına əmin olduğunu vurğulayıb. Bildirib ki, qalib idmançılar Azərbaycan bayrağını qaldıranda hər bir Azərbaycan vətəndaşı qürur duyur.

Qeyd edək ki, aprel ayının 5-dən may ayının 15-ə qədər davam edən müsabiqəyə 34 KİV tərəfindən 52 yazı daxil olub. I yeri tutanlar 700 manat, II yeri tutanlar 500 manat və III yerin sahibləri isə 300 manatla mükafatlandırılıb. Mükafatlandırılanlar arasında ilk yerləri tutanlar arasında Vaqif Həsənov, Mirsəid Ağayev, Hürü Abdullayev, Zeynəb Mustafayeva, Natiq Cəfərov və digərlərinin də adları var.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm