Qırmızı.az
Leyla Əliyevanın təşəbbüsü ilə Bakı Zooloji Parkında yeni qəfəs quraşdırılıb - FOTO
İyunun 25-də Heydər Əliyev Fondunun vitse-prezidenti,
IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Bakı
Zooloji Parkında saxlanılan pələng üçün quraşdırılmış yeni qəfəsin
açılışında iştirak edib.
Övladları ilə birlikdə Bakı Zooloji Parkına gələn Leyla Əliyeva
burada saxlanılan heyvanların saxlanma şəraiti ilə tanış olub.
Bu qəfəs Leyla Əliyevanın təşəbbüsü və dəstəyi ilə pələngin yaşayış
şəraitini yaxşılaşdırmaq üçün quraşdırılıb.
Leyla Əliyeva zooparkda pələngin qeyri-qənaətbəxş şəraitdə
saxlanması və bununla əlaqədar tədbir görülməsi xahişi ilə bağlı
Bakı sakinlərinin çoxsaylı müraciətlərini nəzərə alaraq bu nadir
heyvan növü üçün müasir tələblərə cavab verən yeni qəfəsin
quraşdırılması təşəbbüsü ilə çıxış edib.
Yeni yaşayış məskəni əvvəlki qəfəsə nisbətən 5 dəfə geniş olmaqla
yanaşı, daha işıqlı və rahatdır. Burada heyvanın istidən və
şaxtadan qorunması üçün ayrıca tikili, həmçinin böyük hovuz,
oynamaq və dincəlmək meydançası və pələngin təbii yaşayış arealını
əks etdirən digər elementlər quraşdırılıb.
Zooparkdakı pələngin yaşayış şəraiti bu layihə nəticəsində
əhəmiyyətli dərəcədə yaxşılaşdırılıb, onun təhlükəsizliyi və
rahatlığı tam təmin edilib.
Sonra Leyla Əliyeva Bakı Zooloji Parkında digər heyvanların
saxlanma şəraiti ilə tanış olub, təklif və tövsiyələrini
bildirib.
-
Nida Xəbər 11:28
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış edir - Yeniləndi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?