Qoroskop
Astroloji proqnoz - 30 iyul
QOÇ - İşgüzar əlaqələrinizi dərinləşdirməklə qarşınızda duran vəzifələri layiqincə yerinə yetirə bilərsiniz. Tələsik qərar verməyin. Gümanınız gələn hər kəsdən məsləhət almağa çalışın.
BUĞA - Astroloji göstəricilər qeyri-adi addım atmağınızı məqsədəuyğun hesab etmir. Daha çox neytral mövqedə durmalı, gündəlik qayğılarınızla məşğul olmalısınız. Qəfil iş tutmayın.
ƏKİZLƏR - Şəxsi işlərinizdə əsaslı dönüş gözlənilir. Buna hazır olduğunuz təqdirdə ulduzlar müdafiənizdə duracaq. Uzaq məsafələrə aldığınız dəvətlərdən bacardığınız qədər imtina etməyin.
XƏRÇƏNG – Giley-güzarı bir tərəfə atın, təcrübə göstərir ki, bunun heç bir səmərəsi olmur. Sevgi-ailə istiqamətində mülayimlik nümayiş etdirin. Qanqaraldıcı addımlardan uzaq olmağa çalışın.
ŞİR - Ulduzlar bu təqvimdə yeganə probleminizin maliyyə məsələləri ilə bağlı olacağını xəbər verir. Odur ki, bəri başdan buna hazır olun. İş yerində rəhbərliklə mülayim davranın.
QIZ – O qədər də uğurlu təqvim deyil. Ətrafınızda olan şəxslərlə aranızda anlaşılmazlıqlar yaranmaması üçün maksimum ehtiyatlılıq nümayiş etdirin. Səhhətinizə diqqəti artırın.
TƏRƏZİ - İyulun ən uğurlu gününü yaşayacaqsınız. Qarşılıqlı münasibətlərdən tutmuş fəaliyyət zəmininə qədər bütün proseslər xeyrinizə olacaq. Yeni təklif alsanız, imtina etməyin.
ƏQRƏB - Ailə zəminində mübahisələriniz gözlənilir. Bu səbəbdən də hər xırda xoşagəlməzliyi ciddi problemə çevirməməlisiniz. Fəaliyyətlə bağlı riskli hərəkətlərə yol verməyin. Bəxtinizdə pul var.
OXATAN - Maraqlı səfərlərə çıxmaq üçün Göy qübbəsi sizə şans verəcək. Maddi imkanınız buna yetdiyi təqdirdə imtina etməyin. Bu ərəfədə fəaliyyətə bir qədər ara verməyiniz məsləhət görülür.
OĞLAQ – Mənfi yüklü Ay bürcünüzdə olduğu üçün ciddi planlarınızı təxirə salın, istənilən mübahisələrdən uzaq olun. Əgər kiminləsə "haqq-hesab"ınız varsa, bunu başqa vaxta saxlayın.
SUTÖKƏN - Təxminən saat 13-ə qədər bütün ciddi işlərinizin həllini təxirə salmalısınız. Əks təqdirdə cəhdləriniz boşa çıxacaq. Sonrakı saatlarda isə perspektivli təkliflər alacaqsınız.
BALIQLAR - Bəxtinizdə uğurlu ərəfə durur. Bəzi xırda xoşagəlməzliklər olsa da, situasiyaların nəticəsi zövqünüzə uyğun tərzdə cərəyan edəcək. Yay istirahətinə də vaxt ayırın.
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu