Qoroskop
Səbuhi Rəhimlidən Aprelin 1-nə olan astroloji proqnoz
QOÇ - Maddi problemləriniz olsa da, fəaliyyətinizlə bağlı müsbət nüanslar olacaq. Aldığınız hər bir təklifi razılıqla qarşılayın. Sevdiyiniz adamlara qarşı ittiham irəli sürməyin.
BUĞA - Saat 10:18-dən Ay bürcünüzə girdiyindən qarşınızda duran vəzifələri həll etmək üçün şansınız azdır. Gərgin ab-hava, daxili süstlük və səhhətinizdəki problemlər sizə mane ola bilər.
ƏKİZLƏR - Günün ümumi mənzərəsi gərginliklə müşahidə olunacaq. Amma xırdaçılığa meyl etməsəniz, eləcə də ölçülü-biçili danışsanız, bəlkə də gözlənilən sıxıntılardan qurtula bilərsiniz.
XƏRÇƏNG - Fəaliyyətinizdə passivlik mümkündür. Bunun səbəbini başqalarının ayağına yazmaqdansa, öz səhvlərinizi realizə edin. Sizə dəstək və məsləhət verən adamlara arxa çevirməyin.
ŞİR – Astroloji göstəricilər sevindirici xəbər eşidəcəyinizi bildirir. Ola bilsin ki, ürəyinizcə olan təklif də alasınız. Belə məqamlarda tərəddüd etməkdənsə, qəti qərar çıxarın.
QIZ - Ümumi çalarlarına görə bu təqvim mənfi müstəviyə daha yaxındır. Bütün görüş və müzakirələri, ciddi planları təxirə salmağınız məsləhətdir. Saat 15-16 arası aldanma ehtimalınız da var.
TƏRƏZİ - Təxminən saat 14-ə qədər ümumi ovqatınız qənaətbəxş olacaq. Əzmkarlığınızı artırsanız, hətta şəxsi büdcənizdə artım da labüddür. Nahardan sonra isə mübahisəyə cəlb oluna bilərsiniz.
ƏQRƏB - Bürcünüzün ən ideal günlərinin startı məhz bu təqvimdən etibarən veriləcək. Narahatçılığınıza o qədər də ehtiyac yoxdur. İştirakçısı olduğunuz hər bir sövdələşmə uğurla nəticələnəcək.
OXATAN – Qərarlarınızda qəti olsanız, ulduzlar sizə "hə" deyəcək. Yaxın günlər üçün nəzərdə tutduğunuz planları həyata keçirməkdə dostlarınızın dəstəyindən bəhrələnməyiniz vacibdir.
OĞLAQ - Qarşınızda aprel ayının ən əlamətdar təqvimi dayanmaqdadır. Amma gərək səhhətinizə fikir verəsiniz. Maraqlarınız xatirinə əzmkarlığınızı artırın və ətrafda özünüzə rəğbət qazanın.
SUTÖKƏN - Olduqca romantik bir gün yaşaya bilərsiniz. Sadəcə olaraq, bunun üçün mövcud məişət problemlərini unudub daha bəşəri ideyalara söykənməlisiniz. Müəyyən miqdarda qazanc da mümkündür.
BALIQLAR – Bazar günü olduğunu nəzərə alıb əsas vaxtınızı istirahətə yönəldin. Çünki bu gün hansısa ciddi cəhdinizin reallaşma ehtimalı yoxdur. Günün ikinci yarısında mübahisələrdən yayının.
-
Magazin205:45
Bu ölkələr finala keçdilər
-
Hadisə05:15
Begemotlar turistlərə hücum etdi - Anbaan video
-
Avropa04:44
Keçmiş arvadını və qızını öldürən şəxs Almaniyada SAXLANILDI
-
Magazin101:30
Azərbaycan “Avroviziya-2024”ün finalına keçə bilmədi
-
Magazin100:30
Fahree və İlkinin “Avroviziya”dakı çıxışı - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: axşam saatlarında travma təhlükəsi var
-
İdman00:00
"Bayern"in baş məşqçi postuna yeni namizəd BƏLLİ OLDU - FOTO
-
Kriminal7 May 23:48
Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib QANINI TÖKDÜ