Qoroskop
Səbuhi Rəhimlidən yanvarın 23-nə olan astraloji proqnoz
QOÇ – Saat 13-ə qədər tamamlanması mümkün olan bütün işləri başa çatdırın. Sonrakı müddətdə isə Göy qübbəsinin sizin üçün hazırladığı sürprizlərə hazır olmalısınız. Tənqidi təhqir kimi qəbul etməyin.
BUĞA – Nahara qədər bir çox sahələrdə diqqətsizliyiniz ucbatından problemlərlə rastlaşa bilərsiniz. Bu səbəbdən də bütün məsələlərdə ayıq-sayıq olmalı, lazım gəldikdə məsləhətlərdən yararlanmalısınız.
ƏKİZLƏR – Sevgi münasibətlərində mövcud olan passivliyinizi aradan qaldırmağa çalışın. Qarşı tərəfə güzəştə gedin. İş gününün sonunda şəxsi büdcənizi artırmaq imkanı qazanacaqsınız. Özünüzü soyuqdan qoruyun.
XƏRÇƏNG – Sizin üçün xüsusi bir gündür. Çünki bu gündən kosmik fon xeyrinizə dəyişəcək. Deməli, digər bürclərlə müqayisədə sizi daha şanslı və perspektivli günlər gözləyir. Buna hazır olun.
ŞİR – Daxili sıxıntılarınızı dəf etmək üçün bir qədər təmiz havada olun. Lazımsız informasiyalarla özünüzü yükləməyin. Əgər fəaliyyət istiqamətində yeni təkliflər alsanız, razılıq verməyə tələsməyin.
QIZ – Bu günün planetar mənzərəsi xeyrinizə işləyəcək. Bununla da siz şanslılar sırasına düşəcək, uğurlar silsiləsinin başlanğıcına yetişəcəksiniz. Gün ərzində yalnız bu barədə düşünməlisiniz.
TƏRƏZİ - Səbrli olmaq, bir qədər məxfilik nümayiş etdirmək yaxşı olardı. Çünki bu gün ovqatınızı aşağı sala bilən adamlarla rastlaşa bilərsiniz. Saat 15-19 arası pul əldə etmək şansınız çox böyükdür.
ƏQRƏB – Səhər saatlarında azacıq gərginliyiniz olsa da, bu, tez ötüb keçəcək. Əslində bu əlamətdar təqvimdə gərək özünüzü toparlamağı bacarasınız. Çünki günortaya doğru sevindirici olaylar başlayacaq.
OXATAN – İxtiyarınızda olan bu təqvimdə hüquqi sənədlərlə, maliyyə-bank əməliyatları ilə bağlı bütün yarımçıq işlərinizi başa çatdırmalısınız. Bunu bacarsanız, ayın sonuna qədər ovqatınız çox yüksək olacaq.
OĞLAQ – Tələsik qərarlar, riskli vədlər verməyin. Əslində bu gün siz ətrafınızda olan insanların mahiyyətini, onların sizə sədaqətliliyini yoxlamalısınız. Axşam saatlarında soyuqdəymədən qorunmalısınız.
SUTÖKƏN – Bürcünüzün Göy qübbəsində tam oturuşması şanslarınızı xeyli artıracaq. Hətta baş verən situasiyalarda iştirakınızdan asılı olaraq bugünkü ovqatınız bütün ilboyu davam edə bilər. Bu səbəbdən də nə olursa-olsun, nikbinliyinizi əldən verməməlisiniz.
BALIQLAR - Günə yeni planlarla başlamalısınız. Amma ulduzlar məsləhət görür ki, bütün qlobal planlarınızda məxfiliyə riayət edəsiniz. Yalnız bu halda günün ovqatı sizi qane edəcək. Uzaq yola çıxmağa dəyməz.
-
Dünya13:52
20 ildən sonra ilk dəfə xəbərdarlıq edildi - Bu gün başlayır, çox təhlükəlidir...
-
İqtisadi gündəm13:27
Türkiyə gündəmi silkələndi: Ərdoğanın vəzifədən azad etdiyi xanım qayıdır
-
Hadisə12:42
Azərbaycanda iki tələbə faciəli şəkildə öldü
-
Region12:07
Etirazçılar Paşinyanın yerinə kimi gətirir? - Baqrat açıqladı
-
Nida Xəbər 11:46
Baqrat impiçment başlatdı: Nikol gedir, yoxsa...
-
Ekologiya11:31
Bu ölkə böyük təhlükə ilə üz-üzədir: qarşısı alınmasa...
-
Nida Xəbər 11:00
Binəqədidə Ulu Öndərə həsr olunmuş tədbir keçirildi - FOTO
-
Region10:23
İrandan bu güzəştləri tələb edirlər, əks halda müharibəyə cəlb olunacaq - Rəisidən etiraf