Qoroskop
Astroloji proqnoz - 14 noyabr
Qoç - Çox əlverişli gündür. Ondan ciddi, vacib və faydalı iş üçün istifadə etmək yaxşı olardı. Dostlarınızdan alacağınız maraqlı informasiya sizi maraqlı fikirlərə sövq edə bilər. Dünyanın o başına və ya yaxınlıqdakı parka getməyinizdən asılı olmayaraq, bu gün planlaşdırılan səfərlər yaxşı keçəcək. Yaradıcılıq potensialı yüksəkdir. Onun layiqincə tətbiqini tapmaq lazımdır. Özünüzü ənənəvi işlər, adi məsələlərin həlli ilə məhdudlaşdırmayın, yeni üfüqlər açın.
Buğa - Çətin gün olacaq. Çətin məsələləri həll
etməlisiniz. Özünüz də ehtimal edirsiniz ki, bu məsələlərin doğru
cavabı mövcud deyil. Ailə üzvləri ilə mübahisələr mümkündür.
Diskussiyaları konstruktiv məcrada saxlamaq, şəxsiyyətə keçməmək
heç cür alınmır. Bəzən özünüzü təmkinli və nəzakətli aparmağa
çalışsanız da, daha çox emosiyalarınızı büruzə verirsiniz.
Dostlarla istirahət ümidlərinizi doğrultmayacaq. Köhnə incikliklər
sevdiyiniz şəxslə münasibətlərdə harmoniyaya mane olacaq.
Əkizlər - Bir qədər gözləmək lazımdır: yeni
başlanğıclar, cəsur eksperimentlər və yaradıcılıq axtarışları üçün
əlverişli vaxt bir qədər sonra başlayacaq. Hələlik isə fikrinizi
darıxdırıcı, bununla belə, diqqət tələb edən cari işlərə yönəldin.
İstənilən sənədin rəsmiləşdirilməsində, hesabatların
hazırlanmasında səliqə lazımdır. İstənilən ehtiyatsızlıq pis
hadisələrə yol aça bilər.
Yaxınlarınızla dil tapmaq asan olmayacaq: onların susqun
narazılığını, sizin plan və ideyalarınızla razılaşmamalarını hiss
edəcəksiniz. İndi əsas məsələ incikliklərdən yayınmaqdır. Bütün
mübahisəli məsələləri sonra həll etmək mümkün olacaq.
Xərçəng - Bu gün asan olmayacaq. Böyük ümidlər
bəslədiyiniz planı həyata keçirmək mümkün olmayacaq. Üstəlik,
dərhal həllini tələb edən yeni məsələlər ortaya çıxacaq. Bəzən
vəziyyət, demək olar ki, ümidsiz təsir bağışlayacaq. Ümidsizlikdən
yalnız təbii nikbinliklə xilas olmaq mümkündür.
Nasazlıqlar mümkündür. Özü də əhvalınız güc və enerjiyə ehtiyacınız
olduğu vaxtda pisləşəcək. Ciddi fiziki yük, yorucu idman faydalı
deyil. Aromaterapiya, spa prosedurları və masaj seansları isə
xeyirlidir.
Şir - Uğursuzluqlar vaxtı gəldi. Bu gün işləriniz gətirməyəcək. Bürcün nümayəndələri çətin vəziyyətlərə düşəcək, aşılmaz çətinliklərlə qarşılaşacaqlar. Özü də köməyə heç kim tələsməyəcək. Nədənsə hamıya elə gəlir ki, siz problemlərin öhdəsindən təkbaşına gəlməyə üstünlük verirsiniz. Nə işdə, nə də evdə dərindən nəfəs almaq mümkün olacaq. Yaxınlarınız sizə bütün sualların cavabını bilən adam kimi baxırlar: heç kim sizə şübhələnmək, tərəddüd etmək hüququ vermir. Başqalarının məsuliyyətini öz üzərinizə götürməli olacaqsınız.
Qız - Siz çox şeyə qadirsiniz və maraqlı
imkanları əldən buraxmırsınız. Ona görə də gün həddindən artıq
məhsuldar olacaq. Danışıqlara çəkinmədən gedin: ünsiyyətdə
olacağınız adam nə qədər hörmətli olsa, bir o qədər yaxşıdır.
Bu gün sizin üçün dəyərli olan insanla çox şey barədə danışa
bilərsiniz. Yəqin ki, onun sizi nə qədər yaxşı başa düşdüyünü
anlayacaqsınız. Həlli mümkün görünməyən bir çox problemlərin
öhdəsindən gələcəksiniz.
Tərəzi - Həm uğurlu, həm də maraqlı gündür. Üstəlik, o, romantik tonlarla bəzənə bilər. Bəzən işləriniz gətirəcək, bəzən isə fenomenal şəkildə gətirəcək. Sanki heç nə etməyə ehtiyac yoxdur: həyat onsuz da sizə rifah gətirəcək. Sizin şən və nikbin ovqatınız mənfi xarici təsirlərdən qoruyan qalxana çevriləcək. Bir çox Tərəzilər bu gün sərfəli sövdələşmələrə gedəcək, maraqlı iş təklifləri alacaqlar.
Əqrəb - Bu gün peşə sahəsindəki çətinliklərlə yadda qalacaq. Xüsusilə, rəhbərliklə ciddi fikir ayrılıqları yarana bilər. Siz bundan sonra nə etmək - kompromis, yoxsa yeni iş yeri axtarmaq barədə düşünməyə başlayacaqsınız. Hansı qərarı qəbul etməyinizdən asılı olmayaraq şübhə etməyin ki, bundan sonra hər şey yaxşılığa doğru dəyişəcək. Səfərlər pis keçməyəcək. Qeyri-adi və maraqlı insanlarla tanışlıq mümkündür. Qarşılıqlı rəğbət yaranacaq. Amma çətin ki, bu, ciddi hisslərin başlanğıcı ola. Bir az pul gəliri ola bilər.
Oxatan - Sizi çox çətin gün gözləyir. Yalnız öz
gücünüzə arxalanmalısınız. Düzdür, köməkçiləriniz var, amma daim
onlara təkan vermək, nəzarət etmək lazım gəlir. Ona görə də kifayət
qədər tez bir zamanda bu nəticəyə gələcəksiniz ki, ən asanı və tezi
hər şeyi özünüzün etməyinizdir. Səfərlərdə ehtiyatlı olun. Səfərlər
gözlədiyiniz kimi keçməsə, təəccüblənməyin.
Günün ikinci yarısında planlarınızı dəyişməyə, əvvəlcədən təyin
olunmuş hansısa görüşlərdən imtinaya vadar edəcək nasazlıqlar
mümkündür.
Oğlaq - Bu gün diqqəti şəxsi işlərinizə
yönəltmək kifayət qədər çətin olacaq: sizi tez-tez yayındıracaq və
boş şeylərə görə təngə gətirəcəklər. Çoxdan əməkdaşlıq etdiyiniz
adamlarla küsüşə bilərsiniz. Çünki üst-üstə yığılan xırda fikir
ayrılıqları kritik səviyyəyə çatacaq. Hələlik baş verənlər bir
stəkanda fırtınadır. Amma təmkin nümayiş etdirməsəniz, əsl
problemlər yarana bilər.
Sevdiyiniz insan sizin bir çox şübhə və həyəcanlarınızı anlamır,
sizi sakitləşdirməyə çalışır. Amma əbəs yerə. Özünüz vəziyyətdən
baş çıxarmasanız, mənəvi tarazlığa bel bağlamağa dəyməz.
Dolça - Uzun müddət və ciddi-cəhdlə qurduğunuz
planların reallaşması üçün əlverişli məqam yetişdi. Sizə heç nə
mane ola bilməz - nə hadisələrin əlverişsiz inkişafı, nə
müttəfiqinizin səhvi, nə də bədxahınızın fitnəsi. Çətin maliyyə və
mülkiyyət məsələlərinin nizamlanması mümkün olacaq.
Bu gün səyahət və istirahətin planlaşdırılması, bilet və göndəriş
(putyovka) alınması, təşkilati məsələlərin həlli üçün çox
münasibdir. Maliyyə mənzərəsi o qədər də xoşagələn deyil. Amma
narahatlıq üçün ciddi əsas yoxdur.
Balıqlar - Əvvəllər başladığınız işləri sakitcə
başa çatdırmaq, son vaxtlar küsdüyünüz adamlarla münasibət qurmağa
imkan verən əlverişli gündür. Ailədəki fikir ayrılıqlarına son
qoymaq olar. Amma bunun üçün ona cavab qaytarılmasını sevməyən
adamla üz-üzə gəlməli olacaqsınız. Bazarlıq üçün yaxşı gündür.
Kosmetika, parfümeriya və qeyri-adi geyim almaq daha yaxşı olar.
Gözəllik salonuna baş çəkmək də sevinc bəxş edəcək. İmiciniz
üzərində eksperimentlər uğurlu olacaq. Bu işlərlə günün birinci
yarısında məşğul olun ki, günün ikinci yarısında sizi xoşunuza
gələn adamla ünsiyyətdən heç nə yayındırmasın.
milli.az
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə26 Aprel 21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin126 Aprel 20:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya26 Aprel 19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi