• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Astroloji proqnoz - 06 iyul

  • Qoroskop
  • 6 İyul 2015 00:07
  • 1 413 Baxış
Astroloji proqnoz - 06 iyul

QOÇ – Səfərlər planınız varsa, onu bəri başdan təxirə salın. Çünki ulduzlar bu təqvimdə sizə kifayət qədər ciddi işlər həvalə edəcək. İşgüzar sövdələşmələrdə sizi müvəffəqiyyət gözləyir.

BUĞA - Bir çox məsələlərdə səhvlərə yol verirsiniz. Özünüzə aludə olmayın. Bəzən ətrafınızdakılardan məsləhət almağı da unutmayın. Axşamüstü maraqlı görüşlərin iştirakçısı ola bilərsiniz.

ƏKİZLƏR - Gün ərzində ovqatınız nataraz olsa da, qarşınızda duran vəzifələrin öhdəsindən gələcəksiniz. Günün ikinci yarısında isə şəxsi büdcənizdə müəyyən qədər artım ola bilər.

XƏRÇƏNG - Qarşılıqlı münasibətlər baxımından uğurlu olsa da, maddi cəhətdən mübahisəli bir gün yaşayacaqsınız. Özünüzü maksimum təmkinli aparın. Haqqınızı qanunlar çərçivəsində tələb edin.

ŞİR - Şəxsi işlərinizdə əsaslı dönüş yaratmaq üçün şanslarınız var. Taleyinizdə əhəmiyyətli rol oynaya biləcək adamlarla əlaqələri dərinləşdirin. Bu gün səfərə çıxmaq da uğurludur.

QIZ - Qarşılıqlı əlaqələrdə tədbirli olmağa çalışın. Əks təqdirdə müsahibləriniz tərəfindən aldadıla bilərsiniz. Qarşınızda gözəl perspektivlər durur. Odur ki, ruh düşkünlüyündən qurtulun.

TƏRƏZİ - Son zamanlar ciddi cəhdlərinizin boşa çıxması sizi məyus etməməlidir. Çünki hər kəsin bir şansı var. Siz də gözləməlisiniz. Bu günsə yalnız adi işlərin həlli ilə məşğul olmalısınız.

ƏQRƏB - Fəaliyyətlə bağlı gərginliyiniz mümkündür. Yaxşı olar ki, bütün vacib işlərinizi təxirə salasınız. Riskli pul sövdələşmələrindən, məxfi danışıqlardan uzaq olmağa çalışın.

OXATAN - Uğurlu nəticəsinə tam əmin olmadığınız məsələlərə girişməyin. Yoxsa xoşagəlməzliklə qarşılaşacaqsınız. Bu təqvimdə kənardan kiminsə məsləhətilə addım atmamalısınız.

OĞLAQ - Bəxtinizdə kifayət qədər uğurlu bir tarix var. Əzmkarlığınızı artırmaqla bu müvəffəqiyyəti özünüzə və özünüzü ona yaxınlaşdıra bilərsiniz. Axşamsa qonaq getməyə çalışın.

SUTÖKƏN - Təcrübəli insanların köməyinə ehtiyacınız olduğundan Göy qübbəsi sizə kömək göstərəcək. Odur ki, ruh düşkünlüyünə qapılmayın. Sənədlərlə bağlı problemləri aradan qaldırın.

BALIQLAR - Reallıqdan uzaq düşməyin. Bütün planlarınızı yalnız xəyalınızda reallaşdırmayın, konkret fəaliyyətə keçin. Dünəndən bəri neqativ Ay bürcünüzdə olduğundan mübahisələrə yol verməyin.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR