Mehriban Əliyeva: “IV İslam Həmrəyliyi Oyunları tarixi qələbəmizdir”
Bizi izləyin

Rəsmi xronika

Mehriban Əliyeva: “IV İslam Həmrəyliyi Oyunları tarixi qələbəmizdir”

“IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan milli komandası ümumi hesabda birinci yeri qazanıb. Bu tarixi qələbəmizdir. Bu tarixi qələbə münasibəti ilə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm”.
Publika.az
xəbər verir ki, bunu IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimində çıxışı zamanı Azərbaycanın Birinci vitse-prezidenti, “Bakı-2017” İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva bildirib.
Tamaşaçıları İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimində salamlayan Mehriban Əliyeva insanları İslam dinini qorumağa və həmrəyliyə çağırıb:
“İslam həmrəylik və sülh dinidir. Gəlin hər birimiz bu birliyi qoruyaq, İslam həmrəyliyini gücləndirək. Allah bütün müsəlmanları qorusun”.
Birinci xanım qeyd edib ki, Azərbaycan növbəti mötəbər idman tədbirinə imza atıb:
“Bu günlər ərzində 50-dən çox ölkəni təmsil edən idmançılar və qonaqlar Azərbaycanda oldular. Əminəm ki, onlar Azərbaycanla bağlı öz xatirələrini qəlblərində qoruyub saxlayacaqlar”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm