• USD 1,7000 0,00% EUR 2,0069 0,00%
    • GBP 2,2966 0,00% RUB 0,0273 0,00%

Azərbaycandan Myanma müsəlmanlarına BÖYÜK JEST (YENİLƏNDİ)

Azərbaycandan Myanma müsəlmanlarına BÖYÜK JEST

Myanmarda Rohingya müsəlmanlarına qarşı davam edən kütləvi zorakılıq zəminində əziyyət çəkən insanlara kömək məqsədilə prezident İlham Əliyevin göstərişinə əsasən, bu gün Azərbaycan hökuməti tərəfindən humanitar yardım göndərilib.

Humanitar yardım “SilkWay” aviaşirkəti vasitəsilə Rohingya müsəlmanlarının müvəqqəti sığınacaq tapdığı Banqladeşə yol salınıb.

Fövqəladə hallar nazirinin müavini Faiq Tağızadə bildirib ki, Banqladeşdə sığınacaq tapmış Rohingya müsəlmanlarına ümumilikdə 100 ton humanitar yardım göndərilib: "Yardıma 20 ton şəkər tozu, 10 min litr qarğıdalı yağı, 10 min litr günəbaxan yağı, 10 ton qatılaşdırılmış süd, 10 ton mal əti konservi, 10 ton makaron, 10 ton vermişel və 20 ton un daxildir". (apa)

***

Myanmada Rohingya müsəlmanlarına qarşı davam edən kütləvi zorakılıq zəminində əziyyət çəkən insanlara kömək məqsədilə prezident İlham Əliyevin göstərişinə əsasən, Azərbaycan hökuməti tərəfindən humanitar yardım göstəriləcək.

FHN-dən Publika.az-a verilən məlumata görə, humanitar yardım “SilkWay” aviaşirkəti vasitəsilə Rohingya müsəlmanlarının müvəqqəti sığınacaq tapdığı Banqladeşə göndərilir.

Humanitar yardıma gündəlik tələbat malları və ərzaq məhsulları daxildir.

Qeyd edək ki, Myanma ordusunun silahlı qruplaşmalarla mübarizə adı altında ölkənin Arakan bölgəsində yerli müsəlmanlara hücumları nəticəsində çoxlu sayda müsəlman öldürülüb. Onlarla kənd yandırılıb, on minlərlə müsəlman təhlükəsizlik məqsədilə ərazidən qaçmağa çalışır. Bölgədə humanitar fəlakət yaşanır.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>