İlham Əliyev CAR-ın və Syerra-Leonenin dövlət başçılarını təbrik etdi
Bizi izləyin

Rəsmi xronika

İlham Əliyev CAR-ın və Syerra-Leonenin dövlət başçılarını təbrik etdi

Prezident İlham Əliyev Cənubi Afrika Respublikasının Prezidenti Matamela Siril Ramafozaya təbrik məktubu göndərib.

Məktubda deyilir: "Hörmətli cənab Prezident, ölkənizin milli bayramı – Azadlıq Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza sülh və firavanlıq arzulayıram".

***

Prezident İlham Əliyev Syerra-Leone Respublikasının Prezidenti Culius Maada Bioya təbrik məktubu göndərib.

Təbrikdə deyilir: "Hörmətli cənab Prezident, Syerra-Leone Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz və ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, qarşıdakı fəaliyyətinizdə uğurlar, xalqınıza sülh və tərəqqi arzulayıram".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm