• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Bürclərə uyğun pəhriz reseptləri

Bürclərə uyğun pəhriz reseptləri

Astroloqların sözlərinə görə, insanın hansı bürcə aid olması onun qidalanmasına da təsir göstərir. Publika.az Türkiyə mətbuatına istinadən hər bürcün özünəməxsus pəhriz reseptini təqdim edir.

Qoç bürcü

Qoç bürcləri nə gəldi yeməyə çox həvəslidir. Buna görə sizin üçün həyəcan təbili çalınır. Duz və spirtdən uzaq dayanın, bunun əvəzinə bol-bol su için. Qoç bürcləri üçün nəzərdə tutulmuş bu pəhrizlə 3 gün ərzində 2 kilo arıqlaya bilərsiniz.

1-ci gün

Səhər yeməyi: 1 stəkan süd, yarım stəkan müsli, 100 qram çiyələk və ya mövsüm meyvələri, şəkərsiz qəhvə və ya çay.

Günorta yeməyi: 200 qram balıq, bir ədəd pomidor, yerkökü və kartofdan buğlama. Yanında bol yaşıl salat və bir dilim kəpəkli çörək.

Axşam yeməyi: Göbələkli toyuq, 1 ədəd pörtmüş kartof və bol yaşıl salat. Yemək aralarında 1 porsiya meyvə.

2-ci gün

Səhər yeməyi: 1 yumurtanı südlə qarışdırıb yağsız qızardın, yanında bir pomidor, xiyar. Çay və ya ayran için.

Günorta yeməyi: Pomidorlu makaron, kəklikotu və ya alma souslu ola bilər. Yanında zeytun yağlı tərəvəz xörəyi. Yeməkdən bir saat sonra 1-2 meyvə.

Axşam yeməyi: 200 qram qızardılmış ət, bol yaşıl salat, bir stəkan yağsız süd.

3-cü gün

Səhər yeməyi: 1 qaşıq bal, 50 qram pendir, 2 dilim kəpəkli çörək, bir ədəd armud.

Günorta yeməyi: Qızardılmış toyuq, 2 qaşıq plov və yaşıl salat.

Axşam yeməyi: 1 boşqab tərəvəz xörəyi və yaşıl salat, 1 ədəd alma

Buğa bürcü

Siz yemək üçün yaşayanlardansınız. Amma unutmayın ki, gələcəkdə artıq çəki başınıza bəla olacaq. Həzm pozğunluğu yaşaya bilərsiniz. Buğalar üçün təklif olunan bu pəhrizlə yanaşı, gündə iki litr su içməli, duz, şəkər və yağdan imtina etməlisiniz.

1-ci gün

Səhər yeməyi: Bir stəkan ilıq suyun içinə 1 çay qaşığı bal töküb 7 dəqiqə saxlayın sonra için. Yanında 2 dilim pəhriz çörəyi,100 qram yağsız ağ pendir, bir ədəd mövsüm meyvəsi.

Günorta yeməyi: Qızartma balıq və salat, bir kasa qatıq.

Axşam yeməyi: 4 qızardılmış kotlet, pomidor salatı, yaşıl çay.

2-ci gün

Səhər yeməyi: 1 stəkan suyun içinə 1 çay qaşığı bal töküb için. Daha sonra bir stəkan südün içində 1 ovuc əzilmiş çiyələk töküb qarışdırın. Yanında 4 pəhriz peçenyesi.

Günorta yeməyi: Bir orta boy pörtmüş kartof, bir pomidor və xiyar, 2 dilim doğranmış qarpız.

Axşam yeməyi: Balıq qızartması, közlənmiş 1 badımcanla hazırlanan sirkəli, sarımsaqlı və pomidorlu salat. 1 ədəd alma.

3-cü gün

Səhər yeməyi: 1 ədəd qaynadılmış yumurta, 1 dilim pəhriz çörəyi, pomidor və şəkərsiz bitki çayı.

Günorta yeməyi: Qızardılmış toyuq, bir boşqab təzə lobya, bir dilim yağsız pendir

Axşam yeməyi: Balıq qızartması, bol salat, bir ədəd kivi, yaşıl çay.

Əkizlər bürcü

Yemək yeyərkən o qədər tələsik hərəkət edirsiniz ki, bu, sizin üçün bir vərdiş halına alıb. Amma tələsik yemək sağlamlığa mənfi istiqamətdə təsir edir. Yeməkləri çox çeynəmədən udmayın. Az, amma tez-tez yeməyi prinsip halına gətirin. Bu pəhriz sizi 3 gündə 2 kq. arıqladacaq. Pəhrizdən başqa, hər gün 2,5 litr su için.

1-ci gün

Səhər yeməyi: Bir stəkan bananlı süd, 1 dilim qızarmış kəpəkli çörək, 1 ədəd alma.

Günorta yeməyi: 2 dilim kəpəkli çörəklə toyuqlu və göyərtili sendviç. Yanında bir stəkan ayran. Yeməkdən bir saat sonra 1 ədəd yerkökü.

Axşam yeməyi: Az yağlı tərəvəz xörəyi, 4 qaşıq yağsız qatıq. Yeməkdən bir saat sonra 1 ədəd alma. 1 fincan yaşıl çay.

2-ci gün

Səhər yeməyi: 1 dilim kəpəkli çörək, bir qaynadılmış yumurta, bir dilim qarpız.

Günorta yeməyi: 1 kolbasalı sendviç, 10 gilas.

Axşam yeməyi: 1 kasa tərəvəz şorbası, 1 yaşıl bibər, 1 alma, bir fincan yaşıl çay.

3-cü gün

Səhər yeməyi: 1 kasa meyvəli qatıq, şəkərsiz çay və ya qəhvə, yanında 2 ədəd pəhriz peçenyesi.

Günorta yeməyi: 1 toyuq dönəri, yanında bol yaşıl salat, 100 qram çiyələk. 1 fincan yaşıl çay. Şəkərsiz qəhvə.

Axşam yeməyi: 1 porsiya zeytun yağında bişmiş ənginar, bol salat, 1 ədəd kivi, yatmazdan əvvəl bir fincan yaşıl çay.

Xərçəng bürcü

Bu pəhriz zamanı turşulu yeməklərdən uzaq qalmalı, qəhvə və çay əvəzinə bol su içməli, idmana daha çox üstünlük verməlisiniz. Pəhriz sayəsində 3 gündə 2 kq.-a qədər arıqlaya bilərsiniz.

1-ci gün

Səhər yeməyi: Acqarına 2 stəkan su.1 kasa meyvə salatı, 2 qalet və bir kibrit qutusu böyüklüyündə ağ pendir.

Günorta yeməyi: 1 ədəd pörtmüş kartof, salat, 1 stəkan ayran. Günorta yeməyindən 1-2 saat sonra: yarım smit və ayran.

Axşam yeməyi: Yağsız ispanaq xörəyi, limonlu yerkökü salatı, 1 dilim kəpəkli çörək, 1 fincan yaşıl çay.

2-ci gün

Səhər yeməyi: Bir stəkan ilıq suyun içinə 1 qaşıq bal töküb 7-8 dəqiqədən sonra için. 1 çay qaşığı fıstıq əzməsi, 2 dilim pəhriz çörəyi, şəkərsiz çay, 1 ədəd dənə alma.

Günorta yeməyi: Qızardılmış toyuq, yarım porsiya plov, bol salat, 3 ərik. 1 fincan yaşıl çay.

Axşam yeməyi: Közlənmiş badımcan ilə qaynadılmış toyuq, bol salat, bir armud, 1 fincan yaşıl çay.

3-cü gün

Səhər yeməyi: Bir kibrit qutusu böyüklüyündə ağ pendir, 1 çay qaşığı bal, 1 dilim kəpəkli çörək, 1 meyvə.

Günorta yeməyi: 1 boşqab təzə lobya, bol salat, 1 stəkan portağal suyu və 2 qalet.

Axşam yeməyi: Toyuq budunu soya və pomidor sousu ilə bişirin. Yarım porsiya yağsız plov. 1 ədəd kivi.

Şir bürcü

Şir bürcü yağ şəkər və unlu qidalardan xüsusilə uzaq durmalıdır. Şir bürcü piylənmədən çox tez təsirlənirlər. Bitki çaylarına daha çox yer vermələri lazımdır. Bu pəhriz 3 gündə 2 kq. arıqladır. Yuxarıda olduğu kimi şirlər də gündə 2 litr su içməlidir.

1-ci gün

Səhər yeməyi: 1 yumurta, 1 dilim kəpəkli çörək, 1 pomidor.

Günorta yeməyi: Qızartma bifşteks, 1 ədəd yaşıl bibər, bol salat, 2 meyvə.

Axşam yeməyi: Qızardılmış toyuq, sobada bişmiş göbələk, bol salat, 1 şaftalı.

2-ci gün

Səhər yeməyi: 1 kibrit qutusu böyüklüyündə pendir, 1 stəkan portağal şirəsi, 2 dilim pəhriz çörəyi, şəkərsiz çay və qəhvə.

Günorta yeməyi: 4 kotlet, limonlu mövsüm salatı, 1 stəkan süd, 4 ədəd pəhriz peçenyesi.

Axşam yeməyi: Qızardılmış balıq, bol salat, 1-2 meyvə.

3-cü gün

Səhər yeməyi: 1 kasa südə 3 qaşıq yulaf əzməsini töküb qarışdırın. 1 stəkan portağal suyu, 1 ədəd mövsüm meyvəsi.

Günorta yeməyi: 2 pörtmüş kartof, bol salat və 1 stəkan yerkökü suyu və 2 qalet.

Axşam yeməyi: Zeytun yağında bişmiş ənginar, yağsız qızardılmış balıq, bol salat, bir meyvə. 2 stəkan yaşıl çay.

Qız bürcü

Şirniyyat dedikdə siz yada düşürsünüz. Xüsusən də şokolad həyatınızın əvəzolunmaz şirniyyatıdır. Ancaq artıq çəkidən xilas olmaq istəyirsinizsə, bu yeməklərdən uzaq durmaqda fayda var. Bu pəhrizlə 3 günə 2 kq.-a qədər arıqlaya bilərsiniz. 2 gün fasilə verib yenidən başlamaq olar. Bitki çayları və 2 litr su içməyi də unutmayın. Gündə yarım saat idmanla daha effektli nəticə əldə edəcəksiniz.

1-cü gün

Səhər yeməyi: 2 dilim kəpəkli çörək, 1 kibrit qutusu boyda ağ pendir, 1 stəkan portağal suyu, 1 stəkan süd.

Günorta yeməyi: 1 kasa tərəvəz şorbası, bol yaşıl salat, 1 ədəd şaftalı. (Şorba: kələm, yerkökü, kərəvizlə bişirilməlidir.)

Axşam yeməyi: 1 boşqab isti tərəvəz xörəyi, bol salat, 1 alma. Yatmazdan əvvəl bir fincan yaşıl çay.

2-ci gün

Səhər yeməyi: 1 kasa meyvə salatı, 4 pəhriz peçenyesi.

Günorta yeməyi: 1 boşqab yağsız makaron, 1 boşqab zeytun yağında bişmiş tərəvəz, yağsız meyvəli qatıq.

Axşam yeməyi: 1 boşqab isti tərəvəz xörəyi, bol salat, 1ədəd alma.

3-cü gün

Səhər yeməyi: 5 ədəd zeytun, 1 pomidor, 1 xiyar, 2 qaysı.

Günorta yeməyi: 1 kiçik kasa yaşıl mərci yeməyi, bol salat, 1 ədəd meyvə.

Tərəzi bürcü

Tez kökələn Tərəzi bürcləri, çox asan arıqlayırlar. Şirniyyat yeməyi kəsdikləri anda həzm sistemləri yaxşılaşır. Tərəzilər üçün çox çətin olsa da, şəkərli qidalardan uzaq durmalıdılar. Bu pəhrizlə 3 gündə 2 kq. arıqlaya bilərlər. Bol su içib idman etdikdə, istədikləri çəkiyə düşürlər. Pəhrizi qısa fasilələrlə təkrarlamaq olar.

1-ci gün

Səhər yeməyi: 1 stəkan suyun içinə 1 çay qaşığı bal, 7-8 damcı limon töküb ac qarına için. 1 dilim kəpəkli çörək, 50 qram pendir, şəkərsiz çay və qəhvə.

Günorta yeməyi: 1 boşqab tərəvəz yeməyi, 1 kasa qatıq, 1 stəkan yağsız süd

Axşam yeməyi: 3 qaşıq yağsız bulqur plovu, bol yaşıl salat, 1 ədəd meyvə.

2-ci gün

Səhər yeməyi: 2 dilim kəpəkli çörəkdən hazırlanan pendirli sendviç, şəkərsiz çay, 1 kasa yağsız meyvəli qatıq.

Günorta yeməyi: Tərəvəz souslu makaron, közlənmiş bibərlə badımcan, yanında bol salat. 2 qalet, 1 stəkan süd.

Axşam yeməyi: Qızardılmış balıq, yerkökü və ya turp salatı, 1 ədəd meyvə.

3-cü gün

Səhər yeməyi: 1 stəkan ilıq süd, 1 dilim kəpəkli çörək, 1 çay qaşığı meyvəli yağsız qatıq.

Günorta yeməyi: Tərəvəz souslu makaron, yanında bol salat, 1 ədəd meyvə.

Axşam yeməyi: Zeytun yağında bişmiş bir porsiya tərəvəz yeməyi, bol salat, 1 ədəd meyvə.

Əqrəb bürcü

Əqrəblər qidalanma məsələsində son dərəcə yanlış davranırlar. Sürətli yedikləri üçün həzm sistemi çox tez yorulur. Təzyiq, ürək xəstəlikləri, qan dövranı pozğunluqları, xolesterin Əqrəbləri ən çox narahat edən məsələlərdir.

Gənc yaşlarda sağlamlıqları ilə bağlı ciddi problemlərlə qarşılaşırlar. Onların orqanizmi üçün lazımi elementlər bunlardır: biotin, kalsium, fosfor və kalium. Bu pəhrizlə 3 gün ərzində 2 kq-a qədər arıqlaya bilərsiniz. 2-3 gün fasilədən sonra pəhrizi yenidən saxlaya bilərsəniz.

1-ci gün

Səhər yeməyi: Acqarına 2 stəkan ilıq su için. 2 dilim pəhriz çörəyi, 2 çay qaşığı mürəbbə, şəkərsiz çay. 1 stəkan ayran və 2 pəhriz peçenyesi.

Günorta yeməyi: Toyuq qızartması, pörtmüş brokkoli, bol salat, 1 şaftalı.

Axşam yeməyi: 1 boşqab tərəvəz yeməyi, bol yaşıl salat, 1 ədəd meyvə. Yatmazdan əvvəl bir fincan yaşıl çay.

2-ci gün

Səhər yeməyi: Acqarına 2 stəkan ilıq su. 2 dilim kəpəkli çörək, 1 kibrit qutusu böyüklüyündə ağ pendir, 1 kasa yağsız qatıq.

Günorta yeməyi: Qızardılmış balıq, pörtmüş brokkoli, bol yaşıl salat. 1 stəkan yağsız süd.

Axşam yeməyi: Pörtülmüş tərəvəz (ədviyyatla bəzənə), bol salat, 1 şaftalı.

3-cü gün

Səhər yeməyi: Ac qarına 2 stəkan ilıq su. 1 meyvə, 1 dilim kəpəkli çörək, şəkərsiz çay. 1 stəkan yağsız süd.

Günorta yeməyi: 4 ədəd kotlet, bol yaşıl salat və pomidor, 2 meyvə.

Axşam yeməyi: 1 boşqab təzə lobya, bol salat və 1 dilim qarpız.

Oxatan bürcü

Oxatan bürcü qırmızı ət az yeməlidir. Bağırsaq sisteminin yaxşı işləməsi üçün lifli qidalara üstünlük verməlidirlər. Süd, pendir və ağ ət kimi ərzaqlar orqanizmi yeniləyir. Buxarda bişmiş yeməklərə də üstünlük verməlidirlər. Şəkərli və unlu qidalardan uzaq qalmalıdırlar. Bu pəhrizlə 3 gün ərzində 2 kq-a qədər arıqlaya bilərlər. Pəhrizlə birlikdə idman etdikdə daha mükəmməl nəticə əldə edəcəklər.

1-ci gün

Səhər yeməyi: Acqarına 2 stəkan ilıq limonlu su, yağsız omlet (1 ədəd). Yanında bir çay qaşığı bal və iki dilim kəpəkli çörək. İstədiyiniz qədər şəkərsiz çay və ya qəhvə, bir ədəd kök.

Günorta yeməyi: Qızardılmış ət, bir boşqab tərəvəz yeməyi və iki qalet, bir kibrit qutusu böyüklüyündə yağsız pendir.

Axşam yeməyi: Pörtmüş toyuq, qarğıdalı salatı və ya yaşıl salat, 1 meyvə.

2-ci gün

Səhər yeməyi: Acqarına 2 stəkan limonlu su, bir kibrit qutusu yağsız ağ pendir, bir pomidor, bir xiyar, şəkərsiz çay və ya qəhvə.

Günorta yeməyi: Omlet (1 yumurta), pomidor salatı, 1 alma.

Axşam Yeməyi: Sobada yağsız bişmiş 1 kartof, közlənmiş badımcan, 1 ədəd armud.

3-cü gün

Səhər yeməyi: Acqarına 2 stəkan limonlu ilıq su. Kəpəkli çörək, bir dilim yağsız pendir, 1 xiyar və pomidor. Şəkərsiz çay və ya qəhvə.

Günorta yeməyi: 1 kasa tərəvəz şorbası, qızardılmış balıq, bol yaşıl salat, yaşıl çay, 2 pəhriz peçenyesi.

Axşam yeməyi: Qızardılmış toyuq, qaynadılmış tərəvəz, 1 ədəd yerkökü, 10 gilas. Gecə yatmazdan əvvəl bir fincan yaşıl çay.

Oğlaq bürcü

Oğlaqlar su içməyi sevirlər. Bağırsaq problemlərini aradan qaldırmaq üçün sudan əlavə, lifli qidalar istehlak etməlidirlər. Oğlaqların ən çox kalsiuma ehtiyacları var. Dəniz məhsulları onların ehtiyacı olduğu kalsiumu ödəyir. Bundan başqa, çiyələk və əncir, qoz, kərəviz, ispanaq onların qida rasionuna daxil olan əsas qidalarıdır. Bu pəhriz 3 gün ərzində 2 kq-a qədər arıqladır.

1-ci gün

Səhər yeməyi: Bir stəkan isti süd, bir dilim çörək, bir kibrit qutu yağsız pendir, iki qalet və ya dörd pəhriz peçenyesi, şəkərsiz çay və ya qəhvə.

Günorta yeməyi: Qızardılmış balıq, pörtmüş tərəvəz, bol yaşıl salat. Bir dilim kəpəkli çörək. Yeməkdən 1 saat sonra iki qoz və bir stəkan yağsız süd.

Axşam yeməyi: İki dilim kəpəkli çörək, iki dilim pendir, bir pomidor və xiyar. Şəkərsiz çay və ya qəhvə. Yeməkdən 1 saat sonra meyvə bir stəkan yağsız süd. Gecə yatmazdan əvvəl bir fincan yaşıl çay.

2-ci gün

Səhər yeməyi: Bir stəkan süd içində yulaf əzməsi və bir meyvə. Daha sonra şəkərsiz çay və qəhvə. Saat 12-dən sonra dörd ədəd pəhriz peçenyesi, şəkərsiz çay və ya qəhvə.

Günorta yeməyi: Balıqlı yaşıl salat, bir ədəd armud, bir dilim pendir və bir dilim kəpəkli çörək.

Axşam yeməyi: Yaşıl salat, pörtmüş tərəvəz, bir kasa yağsız qatıq. Yeməkdən 1 saat sonra bir dilim qarpız və yatmazdan əvvəl bir fincan yaşıl çay.

3-cü gün

Səhər yeməyi: Bir dilim kəpəkli çörək, bir dilim pendir, bir xiyar, bir pomidor, şəkərsiz çay və ya qəhvə, bir meyvə.

Günorta yeməyi: Üzərinə zeytun yağı əlavə olunmuş toyuq salatı, 1 kasa yağsız qatıq.

Axşam yeməyi: Tərəvəz xörəyi, yağsız qatıq, pörtmüş toyuq. Yatmazdan əvvəl 1 stəkan yağsız süd.

Dolça bürcü

Dolçalar ev xörəklərindən çox, restoranda, kafedə maraqlı yeməklərin dadına baxmağı sevirlər. Əslində, orqanizm üçün lazım olan, immunitet sistemini qüvvətləndirən meyvə və tərəvəzlər yeməli, eyni zamanda qan dövranını rahatlaşdıran ərzaqlara üstünlük verməlidilər. Bu, kələm, balıq, qoz, mərci, yerkökü, süd məhsulları ola bilər.

1-ci gün

Səhər yeməyi: Acqarına iki stəkan limonlu su, yağsız pendir, kəpəkli çörək, bir pomidor, bir bibər, şəkərsiz çay.

Günorta yeməyi: Bir dilim kəpəkli çörək, bir boşqab bol limonlu yaşıl salat. Yeməkdən sonra 2 dilim qarpız.

Axşam yeməyi: Bir boşqab yağsız mərci yeməyi, bol yaşıl salat, bir kivi. Yatmazdan əvvəl bir stəkan yaşıl çay.

2-ci gün

Səhər yeməyi: Ac qrına iki stəkan limonlu su, bir meyvə, iki qalet, bir kibrit qutusu qədər ağ pendir.

Günorta yeməyi: Toyuq qızartması, qovrulmuş kələm (üstünə limon və bir az zeytun yağı əlavə edin). Bir boşqab meyvə.

Axşam yeməyi: Bir boşqab yağsız ispanaq xörəyi, bir kasa yağsız qatıq, bir alma. Yatmazdan əvvəl bir fincan yaşıl çay.

3-cü gün

Səhər yeməyi: Bir stəkan yağsız süd, bir alma, iki pəhriz peçenyesi, bir kibrit qutusu böyüklüyündə ağ pendir.

Günorta yeməyi: Bir kəpəkli çörəkdən hazırlanmış kolbasalı sendviç, bir armud.

Axşam yeməyi: Qızardılmış balıq, pörtmüş ispanaq, bir kasa çiyələk, bir stəkan yaşıl çay.

Balıqlar bürcü

Balıqlar bürcü çox tez kökəlirlər. Şirniyyatlarla arası olduqca yaxşıdır. Qənnadı məhsullara düşkün olduqları üçün dişləri çox tez çürüyür. Kalsiuma ehtiyacları olduğu üçün fındıq, qoz, badam kimi çərəzlər yemək tövsiyə olunur. Balıqlar da bu pəhrizlə 3 gün ərzində 2 kq.-a qədər arıqlaya bilərlər.

1-ci gün

Səhər yeməyi: Bir stəkan isti suyun içinə bir çay qaşığı bal, bir çay qaşığı limon suyu. Bir dilim kəpək çörək, bir dilim dil pendiri, bir xiyar.

Günorta yeməyi: Qızardılmış toyuq, bol limonlu salat, 5 gavalı. Şəkərsiz çay.

Axşam yeməyi: Qızardılmış balıq, bol yaşıl salat, bir alma. Yatmazdan əvvəl bir fincan yaşıl çay.

2-ci gün

Səhər yeməyi: Bir qaşıq bal, yaşıl çay, bir kasa qatıq, bir meyvə.

Günorta yeməyi: Yağsız qayğanaq (1 yumurta), bol yaşıl salat, 5 - 6 gilas. Şəkərsiz çay və ya qəhvə.

Axşam yeməyi: Seçimə görə pörtülmüş ət növü, bol salat və beş çiyələk.

3-cü gün

Səhər yeməyi: Bir stəkan ballı süd, bir kəpəkli çörək, bir alma.

Günorta yeməyi: Yarım porsiya toyuq qızartması, bol limonlu salat, bir armud. Şəkərsiz qəhvə.

Axşam yeməyi: Yağsız qayğanaq (1 yumurta), bir dilim ağ pendir, rəndələnmiş yerkökü salatı, bir alma. Yatmazdan əvvəl bir fincan yaşıl çay.

Aytən

Xəbər lenti

DAHA ÇOX XƏBƏR