Vitamin və mineral çatışmazlığı hansı xəstəliklərə səbəb olur?
Bizi izləyin

Sağlamlıq

Vitamin və mineral çatışmazlığı hansı xəstəliklərə səbəb olur?

Düzgün qidalanmadıqda və qida menyusunda çox çeşidlilik müşahidə edilmədikdə orqanizm bəzi siqnallar verməyə başlayır. Sizin xəstəlik kimi qəbul etdiyiniz bu siqnallar əslində orqanizminizin qida çatışmazlığı ilə üzləşdiyini göstərir. Bədəninizdə müəyyən minerallar və vitaminlər çatışmadıqda bir çox problemlə üzləşə bilərsiniz.

Publika.az vitamin və mineral çatışmazlığından yaranan 9 əsas problemi və həll yollarını təqdim edir:

1. Problem: bel ağrısı

Ehtimal olunan səbəb: D vitamini çatışmazlığı

Kimlər təhdid altındadır?: xüsusilə, qara dərili insanlar və yaşlılar.

Nə yemək lazımdır?: qızıl balıq, yumurta sarısı, süd, tərkibində D vitamini olan göbələklər.

2. Problem: diş ətinin qanaması

Ehtimal olunan səbəb: C vitamini çatışmazlığı

Kimlər təhdid altındadır?: həddən artıq stress keçirənlər.

Nə yemək lazımdır?: qırmızı bibər, sitrus meyvələri, brokkoli, pomidor, kivi.

3.Problem: zob xəstyəliyi

Ehtimal olunan səbəb: yod çatışmazlığı

Kimlər risk altındadır?: hamilə qadınlar və duzdan imtina etmək məcburiyyətində qalan yüksək təzyiqdən əziyyət çəkən xəstələr.

Nə yemək lazımdır?: su yosunu, süd məhsulları, yumurta, duzlu su balığı

4. Problem: şiddətli sinə ağrısı və ya sümük əriməsi

Ehtimal olunan səbəb: K2 vitamini çatışmazlığı

Nə yemək lazımdır?: Pendir, soya, qaraciyər.

5. Problem: bədən üzvlərində keyimə

Ehtimal olunan səbəb: B12 vitamini çatışmazlığı

Kimlər təhdid altındadır?: ət yeməyənlər, yaşlı insanlar, qısa müddətdə çox çəki itirənlər.

Nə yemək lazımdır?: balıq, ət, qatıq, pendir.

6. Problem: Buz çeynəmə vərdişi və diqqətsizlik

Ehtimal olunan səbəb: dəmir çatışmazlığı

Nə yemək lazımdır?: ispanaq, tünd şokolad.

7. Problem: Əzələ yığılması və əzələlərin səyriməsi

Ehtimal olunan səbəb: maqnezium çatışmazlığı

Nə yemək lazımdır? qoz, çərəzlər, ispanaq, arpa, yulaf, paxlalı bitkilər

8. Problem: qadınlarda hamiləliyin yarımçıq sonlandırılması, kişilərdə sonsuzluq

Ehtimal olunan səbəb: fol turşusu çatışmazlığı

Nə yemək lazımdır?: göyərti, paxlalı bitkilər, günəbaxan tumu

9. Problem: Dadalma qabiliyyətinin azalması və iştahsızlıq

Ehtimal olunan səbəb: sink çatışmazlığı

Nə yemək lazımdır?: istiridyə, hind quşu əti, qabaq tumu.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm