Ət sevənlər, xərçəngə tutulmaq riskiniz çoxdur - ARAŞDIRMA
Bizi izləyin

Sağlamlıq

Ət sevənlər, xərçəngə tutulmaq riskiniz çoxdur - ARAŞDIRMA

Lakin yeni araşdırmalar emal edilmiş ətin xərçəng xəstəliyi riskini artırdığını müəyyən edib.

Bundan əvvəl aparılan araşdırmaların çoxu qırmızı ətin sağlamlığa zərər olduğunu göstərib

Lakin yeni araşdırmalar emal edilmiş ətin xərçəng xəstəliyi riskini artırdığını müəyyən edib.

Cənubi Kaliforniya Universitetindən Ceyn Fiqeyredonun dediyinə görə, həftədə beş porsiyadan artıq emal edilmiş ət yeyən xüsusi genə malik insanlarda kolorektal xərçəng riski iki dəfə artıq olur. Kolorektal xərçəng dünya boyu ən çox yayılmış və ən çox ölümə səbəb olan xərçəng növüdür.

Birləşmiş Ştatlar, Kanada, Avstraliya və Avropada 1800 insan üzərində 10 araşdırma aparılıb ki, bu da ət yeyən insanlarda nitratların artıq olduğunu göstərib.

“Qurudulmuş, hisə verilmiş, bişmiş və ya qablaşdırılmış ət məmulatlarından yaranan xəstəliklərin müalicəsi var. Lakin biz bekon, vetçina, kolbasa, sosiska və paştet kimi məmulatları araşdırırıq”, - deyə Fiqeredo bildirir.

Alimlər kolorektal xərşəngə tutulmuş 9 min insanın qanı ilə xəstə olmayan 9 min insanın qanlarındakı eyni genomu müqayisə edib. Kolorektal xərçəng 30 gen növünün birləşməsi ilə yaranan mürəkkəb bir xəstəlikdir. Tədqiqatların nəticələri bu genlərin iki variantına malik olan və hər gün emal edilmiş ət yeyən insanlarda kolorektal xərçəng riskinin yüksək olduğunu göstərib.

Figeredo bu səbəbdən qanda zərərli hüceyrələrin və ya spesifik genlərin artdığını deyir. “Bu, hər üç nəfərdən birində baş verir. Emal edilmiş ət yeyən insanların riski yüksəkdir, belə ki, bu ət məhsulları kanserogen maddələrə malikdir”.

Doktor Figerendonun dediyinə görə, emal edilmiş ətlərin istehlakı hər halda məhdudlaşdırılmalıdır.

Figeredonun komandası sistematik şəkildə təhqiqat iştirakçılarının genetik variasiyalarını ət, meyvə və tərəvəz istehlakı ilə əlaqələndirir. Bu, genlərin yeməkdən asılı olaraq dəyişməsi ilə bağlı ilk elmi araşdırmadır. /Milli.az/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm