Sağlamlıq
Diş fırçasını necə seçməli? - MƏSLƏHƏT
İnsanın sağlam həyat tərzində gigiyena
xüsusi əhəmiyyətə malikdir. Ağız-diş təmizliyi, əl-dırnaq
təmizliyini həyata keçirən vasitələr şəxsi olmalı və digər
insanların bundan istifadəsinə icazə verilməməlidr. Diş fırçaları
da belə vasitələr qrupuna daxildir və seçilərkən orqanizmin
xüsusiyyətlərinə uyğun qaydada
seçilməlidir.
Bu gün mağazalarda müxtəlif firmaların müxtəlif
qiymətlərə diş fırçaları satılır. Mütəxəssislər bildirirlər ki, 80
qəpikdən 10 manata qədər olan diş fırçaların istifadə müddəti 3
aydır. Yəni hansı firma olur-olsun, ağız və diş sağlamlığı üçün diş
fırçası 3 aydan artıq istifadə edilməməlidir.
Ümumiyyətlə, ağız təmizliyi üçün insanlar hər
zaman axtarışda olublar. Hələ lap qədim dövrlərdə dişləri
təmizləmək üçün budaq, quş tükü, heyvan sümükləri, kirpi tikanı və
s. bu kimi təbii vasitələrdən istifadə edilib. İlk diş fırçası isə
e.ə 3000-ci ildə qədim Misirdə qələm boyda ağac budaqlarının
istifadəsi ilə tətbiq edilib. İslam dünyasında isə Salvador misvak
ağacının budaqları ilk dəfə diş təmizləmək üçün istifadə olunub.
Hazırda istifadə edilən diş fırçalarını xatırladan diş fırçası isə
1498-ci ildə Çində hazırlanıb. İlk diş fırçası patentini 1857-ci
ildə Amerikada Vadsvorth alıb.
Stomatoloq Fərid
Məmmədov bildirir ki, diş fırçaları
sərtliyinə görə yumşaq, orta sərtlik və sərt olmaqla üç hissəyə
bölünür. Sərt formalı fırçaları əsasən sağlam dişlərə və damağa
sahib, eyni zamanda qoyma dişləri olan insanlar istifadə edə
bilərlər. Bu formalı fırçalar damaqları maksimum masaj etdiyi
halda, digər tərəfdən diş minasının aşınmasına və damaqların
zədələnməsinə də səbəb olur. "Buna görə də sərt fırçalardan ancaq
qoyma dişləri olanlar istifadə edə bilərlər. Ağzında qoyma dişi
olmayanlar isə bir qədər yumşaq və elastik fırçalardan istifadə
etməlidirlər. Orta sərtlikli fırçaların istifadəsi diş və damağı
normal olan əksər insanlar üçün uyğundur. Yumşaq formalı diş
fırçaları isə əsasən dişlərində yüksək qanaxma problemi olan
şəxslər və uşaqlar üçün tövsiyə olunur. Fırçanın saçağı zədə,
qaşınma, qanaxmanın qarşısını almaq üçün lazımi qaydada istehsal
edilməli, tutacağı ələ yatımlı olmalıdır".
Müsahibimizin sözlərinə görə, hazırda elektrik diş
fırçaları da istehsal edilir ki, onlardan 1-2 həftədən artıq
istifadə etmək olmaz. "Ümumiyyətlə, dişləri gündə 3 dəfə yumaq
lazımdır. Axşam yatmazdan əvvəl dişlərin yuyulması gigiyenanın
əsasını təşkil edir. Çünki axşam dişlər yuyulmazsa, dişlərdə olan
qida qalıqlarında bakteriyalar törəyə bilər. Gün ərzində dişin
dibində toplanmış qida qalıqları bakteriyaların kəskin artımına,
daha sonra isə kariyesin yaranmasına, diş kökünün xəstəliyinə səbəb
ola bilər".
Həkim deyir ki, diş fırçaları tez çirkləndiyindən
onların təmizliyinə ciddi riayət olunmalıdır. İstifadə edildikdən
sonra diş fırçası isti suyun altında yuyulmalı və yalnız şaquli
formada saxlanmalıdır. Fırçanı nəm halda bağlı futlyara qoymaq
olmaz.
Diş fırçalarının yararlıq müddəti olmur, bu,
onlardan necə istifadə edilməsindən asılıdır. Fırçadan qaydasında
istifadə edildiyi halda 3 ay istifadə etmək mümkündür. Yeni diş
fırçası ərpi köhnə fırçadan 25-30 faiz daha yaxşı təmizləyir.
Tükləri deformasiyaya uğramış fırçalardan istifadə etmək
olmaz.
F.Məmmədovun bildirdiyinə görə, uşaqlara hələ
kiçik yaşlarından diş fırçalamağı öyrətmək lazımdır. "3 yaşından
sonra onlara diş fırçası almaq və fırçalamağı başa salmaq lazımdır.
Uşaqlar üçün kiçik dişləri olan yumşaq fırça seçmək lazımdır və
uşaqların diş fırçası hər ay dəyişdirilməlidir".
Qeyd edək ki, diş fırçası Nazirlər Kabinetinin 114
nömrəli qərarı ilə dəyişdirilməli olmayan malların siyahısına
daxildir və onlar alındıqdan sonra dəyişdirilə və geri qaytarıla
bilməz.
Antiinhisar Siyasəti və İstehlakçıların
Hüquqlarının Müdafiəsi Dövlət Xidməti bildirir ki, diş fırçasından
ortaq istifadə xüsusilə təhlükəlidir. Bu vəziyyət fırçalama
əsnasında adamın diş ətinin qanamasıyla, diş fırçasında qalacaq
tortaların xəstəlik bulaşdırma təhlükəsini ortaya çıxarır.
Fərdlərin daşıdığı çox təhlükəli xəstəliklər bu yolla yayıla bilər.
Diş fırçasının ortaq istifadəsi AIDS, hepatit və vərəm kimi ölümcül
xəstəliklərin yayılma riskini ortaya çıxarır. Bu səbəblə qətiliklə
diş fırçası adamın özünə aid olmalıdır və bir başqası tərəfindən
istifadə edilməməlidir. (ekspress.az)
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR - VİDEO
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ