• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Çiy soğanın FAYDALARI

Çiy soğanın FAYDALARI

Çiy soğan bir sıra terapevtik və antibakterial özəlliklərə malikdir. Bu özəlliklər sayəsində o, orqanizmi zəhərli maddələrdən təmizləyə, hətta bəzən müxtəlif xəstəliklərdən qoruya bilər.

Səhiyyə sahəsində çalışan ekspertlər soğanın faydalı cəhətlərini nəzərə almağa çağırırlar. Soğanın tərkibində 100-dən çox kükürd birləşmələri var. Bunlar tək bizə məlum olan qoxuya məsul deyil, həm də müxtəlif xəstəliklərin müalicəsi və profilaktikasında intoksikasiya üçün əla vasitə ola bilər.

Aşağıdakı xəstəliklərdə soğan yaxşı profilaktik vasitə kimi istifadə edilə bilər:

1. Astma

Soğanın tərkibindəki komponentlərdən biri antihistamin təsiri göstərir. Onun sayəsində soğanı iltihab əleyhinə vasitə kimi də istifadə etmək olar. Laboratoriya sınaqları göstərib ki, soğanın tərkibindəki kvertsetin maddəsi orqanizmi allergiyaya səbəb olan histaminlərin ifrazından qoruyur.

2. Xərçəng

Soğanın sarıköklə birlikdə qəbulu xərçəngin yaranmasının qarşısını ala bilər. 2006-cı ildə aparılmış araşdırmaların nəticəsində məlum olub ki, onların birgə təsiri xərçəngdən əvvəlki hissəciklərin sayını azaldır.

3. Şəkərli diabet

Soğanın tərkibində olan əsas efir yağları - allilpropildisulfid birləşməsi orqanizmdə insulin istehsalını stimullaşdırır və qanda şəkərin miqdarını azaldır.

4. Ürək xəstəlikləri

Adətən orqanizm üçün faydalı qidalar haqda danışarkən soğan yadımıza düşmür. Ancaq 2007-ci ildə aparılmış araşdırma göstərdi ki, bu tərəvəzin tərkibindəki maddələr qan təzyiqini normaya salır, nəticədə isə ürəyin sağlam qalmasını təmin edir. Soğan ürək üçün qırmızı şərabdan daha faydalıdır.

5. Dişlərin dağılması

Çiy soğan dişlərin sağlamlığı üçün də faydalıdır. Əgər siz gün ərzində 2-3 dəqiqə çiy soğan çeynəsəniz, ağız boşluğundakı bütün zərərli bakteriyalardan xilas ola bilərsiniz.

Gün ərzində bir baş soğan yemək isə dişlərinizi daha da sağlam edər.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR