Bu rayonlarda Ruhi Əsəb Dispanserləri bağlandı - Səbəb
Bizi izləyin

Sağlamlıq

Bu rayonlarda Ruhi Əsəb Dispanserləri bağlandı - Səbəb

Səhiyyə Nazirliyinin bir sıra Rayonlararası Ruhi Əsəb Xəstəlikləri Dispanserləri bağlanıb.

Bu barədə Publika.az-a Səhiyyə Nazirliyinin 1 saylı ruhi-əsəb dispanserin baş həkimi Ağahəsən Rəsulov bildirib.

O vurğulayıb ki, bunlar Lənkəran, Gəncə, Şəki və Quba rayonlarında olan Ruhi Əsəb Xəstəlikləri Dispanserləridir.

Dispanserlərin bağlanmasına səbəb isə nazirlik xəstəxanalarda təmir işlərinin aparılmasıdır. Sözü gedən rayonlarda qeydiyyatda olan xəstələrin bir hissəsi Maştağa qəsəbəsində yerləşən 1 saylı ruhi-əsəb dispanserinə və qalan hissəsi isə Sumqayıta köçürülüb.

Amid Əyyuboğlu

Oxumağa davam et
Reklam
Reklam

Gündəm