Antibiotikin alternativi tapıldı
Bizi izləyin

Sağlamlıq

Antibiotikin alternativi tapıldı

Niderland alimləri antibiotikin alternativini tapıblar.

Publika.az BBC-yə istinadən xəbər verir ki, alimlırin dediyinə görə, yeni preparat antibiotiklərə davamlı bakteriyalara qarşı istifadə oluna bilər.

İlk test sınaqları fermentin metisillinə davamlı stafilokok bakteriyasının törətdiyi ölümcül təhlükə daşıyan infeksiyalara qələbə çalmağa qadir olduğunu deməyə əsas verir. Alimlərin iddiasına görə, bakteriyaların yeni preparata immunitet qazanması ehtimalı çox cüzidir.

Bu preparat Micreos biotexnologiya kompaniyası tərəfindən hazırlanıb və aparılan tədqiqatların nəticələri Londonda keçirilən elmi sammitdə təqdim olunub.

Stafilokok bakteriyası çətin sağalan və həyati təhlükə daşıyan sepsis və pnevmoniya kimi xəstəliklər yaradır. Keçən il beynəlxalq mütəxəssislər qrupu antibiotiklərə davamlı bu kimi bakteriyaların insan sağlamlığına ciddi təhlükə olduğu haqda xəbərdarlıq etmişdilər.

Yeni hazırlanan Staphefect preparatı viruslarda mövcud olan və bakteriyaları məhv edən endolizin fermentlərinə əsaslanır. Aparılan sınaqlar zamanı bu preparat dəri xəstəliyindən əziyyət çəkən altı xəstədən beşində metisillinə davamlı stafilokoku məhv edə bilib.

Micreos kompaniyası yaxın vaxtlarda yeni preparatın tam miqyaslı klinik tədqiqatlarına başlayacağı haqda məlumat verib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm