• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Alçanın faydalarından xəbərdarsınızmı?

Alçanın faydalarından xəbərdarsınızmı?

Sağlam qidalanma mütəxəssisi Nilay Keçəçi isti yay günlərində həm kalorisinin az olması, həm də insanı sərinlətməsi səbəbilə ən faydalı meyvənin alça olduğunu bildirib.

Keçəçi deyir ki, xüsusilə, aşağı qlisemik indeksli olması, ehtiva etdiyi vitamin və minerallar baxımından alça uşaqdan böyüyə hər kəs üçün əsl şəfa mənbəyidir.

Alça kalium, maqnezium və fosfor baxımından zəngindir. Pəhriz saxlayanlar, ideal çəkidə qalmaq istəyənlər rahatlıqla alçadan istifadə edə bilərlər.

Alçanın ehtiva etdiyi kalium idmandan sonra yaranan əzələ ağrılarını aradan qaldırır.

Nilay Keçəçi alçanın başqa faydaları haqda da məlumat verib:

"Qəbizliyə yaxşı təsir edir və həzm sistemini nizamlayır. Qansızlığa çarədir. Sinir sistemini möhkəmləndirir. Antioksidantın təsiri güclü olduğu üçün xərçəngdən qoruyur”.

Mütəxəssisin sözlərinə görə, ərik ürək xəstəlikləri, xolesterin və damar problemlərinə qarşı da qalxan vəzifəsini yerinə yetirir.

Bir çox növü olan alçadan kompot hazırlaya bilərsiniz. Bu kompot ana südünün artmasına və qəbizlik probleminin aradan qalxmasına yaxşı təsir edəcək.

Alça qan şəkərinin tarazlanmasına kömək edir. Bir gündə 200 qram alça yemək olar. Bunun heç bir zərəri yoxdur.

Ancaq alça tək yeyilməli, duz vurulmamalıdır. Onu meyvə salatlarına əlavə etmək də məsləhət deyil.

Qidalanma mütəxəssisinin sözlərinə görə, dəri gözəlliyi üçün də alça əvəzedilməz rol oynayır:

“Dəridəki ləkələri yox edir. Sızanaqlara qarşı təsirlidir. Dərini cavanlaşdırır”.

Ləman Sultan

Xəbər lenti

DAHA ÇOX XƏBƏR