Ofisdə sağlam qidalanmaq üçün məsləhətlər
Bizi izləyin

Sağlamlıq

Ofisdə sağlam qidalanmaq üçün məsləhətlər

Aparılan araşdırmalara görə, işləyən insanlar gün ərzində təxminən 8 saatını, həftədə 40, ildə isə 2000 saatını masa arxasında çalışaraq keçirir. Bu isə piylənməyə və köklüyə yol açır.

Dövrümüzün ən böyük problemlərindən biri olan köklük, xüsusilə hərəkətsiz həyat tərzi və davamlı olaraq şirniyyat, kalorili çərəzlər yemək sayəsində yaranır. Türkiyəli sağlam qidalanma eksperti Nilay Keçəçi "Köklüyün əsas səbəblərindən biri də şəkər xəstəliyidir. Hərəkətsiz həyat tərzi başda olmaqla, ürək xəstəlikləri də kökəlməyə təkan verir” - deyib.

Ofisdə çalışan insanların özlərini yaxşı hiss etməsi üçün istehlak etdikləri qidalara diqqət etməsi vacibdir. Aparılan araşdırmalar göstərir ki, masa başında işləyən adamlar sağlam həyat tərzinə əməl etmədikdə bu, iş məhsuldarlığına da ciddi təsir edir.

Xüsusilə ofisdə oturaq vəziyyətdə çalışanlar köklüyə daha çox meyilli olurlar.

Oturaq vəziyyətdə çalışmaq, hərəkətsiz iş həyatı, daim oturaraq işləmək və ofisdə istehlak edilən qeyri-sağlam qidalar piylənmə riskini yüksəldir.

Sağlam qidalanma eksperti Nilay Keçəçi ofis işçilərinin çəki almadan sağlam həyat tərzi yaşaması və xəstəliklərdən xilas olmaq üçün edilməsi lazım olanlar barədə məlumat verib. Publika.az Türkiyə mətbuatına istinadən mütəxəssisin açıqlamasını təqdim edir:

İlk növbədə qeyri-sağlam hazır qidalar, şirniyyatlar, paxlava və şokolad kimi yağ və şəkər faizi yüksək olan qidalar rasiondan çıxarılmalıdır. Uzun müddət bu tip qidalarla qidalanmaq qan şəkərini aşağı salır və daha çox yemək yemə istəyinə təkan verir. Un məlumatlarına və şirniyyatlara deyil, daha çox pendir, süd və ya qatıq kimi ağartı məhsullarına daha çox yer ayırmaq lazımdır. Şokolad, xəmirdən hazırlanan şirniyyatlar kimi məhsulların tərkibində yağ və şəkər çoxluq təşkil edir. Başqa sözlə, bu tip şirniyyatların həddindən artıq istehlakı bədəndə yağ olaraq yığılmasına səbəb olur.

Səhərlər bədənin və təbii ki, beyinin enerji anbarı boş olur. Səhər yeməyi bədəni ehtiyacı olan enerji ilə təmin edir. Səhər yeməyini yemədikdə isə insan özünü hədsiz yorğun hiss edir, dolayısı ilə işləmək həvəsi azalır. Bu səbəblə, əsəbi və diqqətsiz ola bilərsiniz. Səhər yeməyinə süd və ya pendir, o cümlədən çovdar çörək, zülalla zəngin olan yumurta kimi antistress tərkibli minerallar daxil etməlisiniz. Bu qidalar orqanizmin ehtiyaclarını ödəyib bədənə gümrahlıq verir.

Ofisdə çalışanların gündəlik qida rasionuna mütləq meyvə də daxil olmalıdır. Hər gün 1 orta boy meyvə və ya 1 ovuc qarışıq meyvə qurusu ofis işçiləri üçün çox faydalıdır.

Hərdənbir kompüter başından qalxaraq bir az hərəkət etmək ya da lift yerinə pilləkəndən istifadə etmək hərəkətsiz keçən iş günlərinin yorğunluğunu aradan qaldırır. İdman məşqləri xüsusilə sümüklərin quruluşunu qoruyur. Bundan başqa, idman bütün əzələlərin davamlı olaraq oksigen almasını təmin edir. Maddələr mübadiləsinin sürətini artıraraq gündəlik qidalanmadan gələn kalorinin daha rahat yandırılmasını təmin edir və bədəndə istənməyən artıq yağların bədəndə yığılmasına mane olur.

Ofisdə günortalar həddindən artıq yağlı və şəkərli yeməklər yeyən işçilər gün ərzində həm yürüməli, həm də axşam yeməyində salat və ya yüngül tərəvəzli yeməklərə üstünlük verməlidir. Yeməyin yanında 1 kasa qatıq olarsa, bu, qidalanma rejiminə nəzarət etməyə yardımçı olur.

Ofisdə işləyənlər işdə olduqları müddətdə bol su içməlidir. Su yaxşı qan dövranı, bədənin istilik tarazlığı, qidaların daşınması və tullantı maddələrinin atılması üçün çox əhəmiyyətlidir. Gün ərzində suyun az istehlak edilməsi halsızlığa və yorğunluq hissinə səbəb ola bilər. Hər gün ofisdə 1,5 litr su için.

Çay və qəhvənin həddindən artıq istehlak edilməsi bəzi vitamin və mineralın orqanizmdən xaric olunmasına səbəb olur. Xüsusilə antioksidantlar, vitaminlər həssas olduqlarından qəhvə və çaydakı kofein və digər maddələrdən mənfi təsirlənirlər. Bu zaman qan şəkəri sürətlə yüksəlir və ardınca da insulin hormonu davamlı olaraq xəbərdar edilir. İnsulin hormonunun davamlı xəbərdar edilməsi qandakı şəkərin yüksəlməsinə səbəb olur. Buna görə də şəkər istehlakını azaldın, yaşıl çay və bitki çaylarına üstünlük verin.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm