• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Narkotik kimi asılılıq yaradan qidalar

Narkotik kimi asılılıq yaradan qidalar

Aparılan bir sıra araşdırmalar göstərir ki, nizamlı olaraq istehlak etdiyimiz ərzaqların bəziləri narkotik təsiri kimi asılılıq yaradır.

Publika.az xəbər verir ki, bu araşdırma istehlak edilən qidaların beynimizə olan təsirlərini açıqlayıb. Məlum olub ki, bəzi ərzaqların tam asılılıq xüsusiyyətləri var. Bu təsirlər narkotik kimi qəbul edilən heroin və siqaretdə olan nikotinlə müqayisə edilə bilir.

Bu araşdırmadan sonra niyə şokolad yeməyi dayandırmaq lazım olduğunu daha yaxşı anlaya biləcəksiniz. Araşdırmanın nəticələrinə görə, şokolad yemək və siqaret çəkmək müqayisə edildiyi zaman beynimiz ekvivalent bir reaksiya hiss edir.

Ağ çörək və kartof kimi qidalar beyin funksiyalarını çox sürətli şəkildə hərəkətə keçirib xoşbəxtlik hormonu ifraz etməyimizi təmin edir. Bu vəziyyət narkotik istifadə edildikdə də müşahidə edilir.

Aparılan bu tədqiqatın sübut olunması üçün alimlər 12 nəfər üzərində təcrübə aparıblar. Təcrübə zamanı iştirakçıların qanlarındakı şəkər miqdarı və yeməkdən sonrakı 4 saat ərzində bu qidaların onların beyin fəaliyyətlərinə təsiri müşahidə olunub.

İki növ südlü deserti yeyən iştirakçılar nəzarət altında olublar. Desertlərdən birinin qlisemik indeksi aşağı, digəri isə yüksək olub. Birinci qrupda qısa bir müddət sonra şəkər faizində azalma müşahidə olunub. İkinci deserti yeyən iştirakçıların qanlarındakı şəkər səviyyəsi yüksəlib. Nəticə olaraq bu insanlarda hədsiz dərəcədə aclıq hissi yaranır. Araşdırmanın nəticəsinə görə, şəkər ehtiva edən qidaların daha çox asılılıq yaratdığı ortaya çıxır. Bundan sonra evinizdə şirniyyat hazırlayan zaman içinə nə qədər şəkər tökəndə iki dəfə düşünməyinizi tövsiyə edirik.

Aytən

Xəbər lenti

DAHA ÇOX XƏBƏR