İltihabla mübarizə aparan təbii qidalar
Bizi izləyin

Sağlamlıq

İltihabla mübarizə aparan təbii qidalar

İltihab patoloji qıcıq və təsirlərin nəticəsində orqanizmin hüceyrə strukturlarının zədələnməsinə qarşı reaksiyaya deyilir. Normal halda immun sisteminin hüceyrələri toxuma hüceyrələrinin bütün hissələrində səpələnmiş vəziyyətdə olur. Əgər orqanizmin müəyyən sahəsində yoluxma mərkəzi yaranırsa, immun sisteminin hüceyrələri və onların sintez etdikləri faktorlar həmin sahədə cəmlənirlər. Bunu təmin edən proseslərə iltihab reaksiyaları deyilir.

Sağlam qidalanma eksperti və diyetoloq Şəbnəm Kandıralı bəzi antioksidant tərkibli qidaların orqanizmdə iltihabın azaldılmasına yardımçı olduğunu qeyd edib: “Xroniki bakteriyalar, virus və göbələk infeksiyaları, qida allergiyaları və ya qida zəhərlənməsi, fiziki və ya emosional stressin kortizol səviyyəsini yüksəltməsi, ətraf mühitin çirklənməsi, şəkər və ya spirt istehlakı orqanizmdə iltihaba səbəb olur”.

Sağlam qidalanma eksperti və diyetoloq Şəbnəm Kandıralı iltihablarla mübarizə aparan və təbii antibakterial qidaları belə sıralayıb:

Antioksidant tərkibli qidalar hüceyrələri sərbəst radikallara qarşı qoruyur və orqanizmdə iltihabın azalmasına yardımçı olur.

Yosun: Fukoidan adlı kompleks karbohidratlardan ibarətdir. Yosun iltihabı azaldır. Dəniz yosunlarının tərkibində süddən 14 dəfə daha çox kalsium olur.

Çuğundur: Qıpqırmızı rəngli çuğundur güclü antioksidant və antienflamatuar qidadır. Çuğundur enerjini artırıb, qan təzyiqini aşağı salır. Çuğundur nitratla da zəngindir.

Qaragilə: Heyvanlar üzərində aparılan bir çox araşdırmalarda qaragilənin iltihabı azaltdığı göstərilib. İnsanlar üzərində aparılan araşdırmalarda isə beyin sağlamlığı üçün yaxşı qida olduğu bildirilib.

Yaşıl çay: Bu çay antienflamatuar flavonoiddən ibarətdir. “İmmünoloji” jurnalının dərc etdiyi məlumata görə, yaşıl çayın müalicəvi effekti çox yüksəkdir. Antioksidant tərkibi sayəsində yaşıl çay döş xərçənginin inkişafını ləngidir, prostat xərçənginin yaranmasına mane olur.

Gül kələmi: Detoks təsirinə malik olan gül kələmi antioksidantlarla doludur. “Araşdırma” jurnalında dərc olunan məlumata görə, gül kələmi bədəndə allergiyanın yaranmasına səbəb olan maddələrin təsirini azaldır.

Sarıkök: Antibakterial xüsusiyyətlərə malik olduğu üçün bir çox dərmanlardan daha təsirli olduğu sübut olunub. İltihablara qarşı yaxşılaşdırıcı təsir göstərir.

Kətan toxumu yağı: Omeqa-3 və omeqa- 6 yağ turşularından ibarətdir. Omeqa-3 yağ turşusu iltihabı azaldır. Antixərçəng Araşdırma qrupunun apardığı təcrübələr nəticəsində məlum olub ki, kətan toxumunun yağı prostat xərçəngi hüceyrələrinin böyüməsini zəiflədir. Eyni zamanda döş xərçəngi diaqnozu qoyulan minlərlə qadın üzərində aparılan araşdırmalarda kətan yağının xəstələrin ömrünü artırmaqda mühüm rol oynadığı məlum olub.

Sarımsaq: Sarımsaq iltihabla mübarizə aparan ən güclü antioksidantdır. Vaşinqton Universitetinin apardığı təcrübədə məlum olub ki, sarımsaq bağırsaq xəstəliklərinin səbəblərindən olan bakteriyalarla mübarizə aparır, qurdları təmizləyir. Hətta antibiotikdən 100 dəfə daha təsirli olduğu deyilir.

Soğan: Soğan orqanizmə iltihabla mübarizədə yardım edın ən güclü antioksidantdır. Tənəffüs yollarını təmizləyir və bəlğəmgətiricidir. Soğanın da antioksidant tərkibli bir qida olduğu dəfələrlə sübut olunub. Xüsusilə bağırsaq xərçənginin müalicəsində effektli təsir göstərir.

Zəncəfil: İltihabı azaldır və qan şəkərinə nəzarət edir. Zəncəfil çayı arıqlamaq istəyənlər üçün möcüzəli bitkidir. “Artirit” jurnalı zəncəfili ağrıkəsicilər müqayisə edib. Nəticədə zəncəfilin ağrı azaltmaqda daha çox təsirli olduğu sübut olunub.

Soyuq preslənmiş zeytun yağı: İltihabla mübarizədə yardım edir. Zeytun yağı ürək və qan damarlarını qoruyan polifenollərlə olduqca zəngindir.

İspanaq: Yüksək qida dəyərinə malikdir. Antioksidantlarla zəngindir. İspanağın tərkibinə iltihabla mübarizə aparan komponentlər daxildir.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm