Sağlamlıq
İnfarkt riskini azaldan yay meyvəsi
Ləzzəti və sərinləşdirici xüsusiyyəti qarpızı yayın ən sevilən meyvələrindən birinə çevirib. Ancaq qarpız, sadəcə, sərinləmək üçün yeyilməməlidir. Bu meyvə sağlamlıq üçün olduqca faydalıdır.
Qarpız böyrəklərin işini asanlaşdırır. Bədəndən lazımsız natriumun atılması nəticəsində qan təzyiqi sabitləşir, ürək öz funksiyalarını daha rahat həyata keçirir. İnfarkt riski azalır.
Kalorisi az olmasına baxmayaraq, qarpız vitamin, mineral və elementlərlə zəngindir. Ehtiva etdiyi laykopen maddəsi sayəsində orqanizmi xərçəngdən qoruyur. Yüksək miqdarda lif ehtiva etdiyi üçün bağırsaqların işini asanlaşdırır. Qarpızın 95 faizi sudur. Ona görə də insanı kökəltmir. Toxluq hissi yaratdığı üçün pəhriz saxlayanlara tövsiyyə edilir.
Buna baxmayaraq, diyetoloqlar təhlükəli qarpız pəhrizi ilə bağlı xəbərdarlıq edirlər. Belə ki, bəzi insanlar bütün gün xörək əvəzinə pendir və qarpız yeyərək arıqlayacaqlarını zənn edirlər. Ancaq nəticədə bədən üçün lazımlı zülal və vitaminlərin hamısını ala bilmir və sağlamlıq problemləri yaranır.
Qeyd edək ki, qarpızı yeməkdən yarım saat öncə, ya da 1 saat sonra yemək lazımdır.
Ləman Sultan
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı