Pomidorun daha bir faydası üzə çıxdı
Bizi izləyin

Sağlamlıq

Pomidorun daha bir faydası üzə çıxdı

Sağlam qidalanma mütəxəssisləri illərdir ki, pomidorun min bir dərdin dərmanı olduğunu vurğulayırlar. Aparılan araşdırmalar bu şəfalı tərəvəzin daha bir faydasını üzə çıxarıb.

Belə ki, pomidor şirəsinin klimaksın mənfi təsirlərini azaltdığı məlum olub.

Tokio Tibb Universitetinin alimlərinin apardıqları araşdırma sübut edib ki, gündə 2 stəkan pomidor şirəsi içənlər klimaksı daha asan keçirir.

93 qadının iştirakı ilə 8 həftə davam edən tədqiqatlar pomidor şirəsinin klimaksın mənfi təsirləri arasında olan istilik hissi, əsəbilik, yorğunluq kimi halları aradan qaldırdığını göstərib.

Alimlərin sözlərinə görə, pomidor şirəsi kalori xərcləməyə kömək etdiyi və pis xolesterinin səviyyəsinin aşağı saldığı üçün qadınlar üçün əsl şəfa mənbəyi hesab edilməlidir.

Qeyd edək ki, araşdırmanın nəticələri "Nutrition Journal"da yayımlanıb.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm