Sellüliti azaldan 3 hərəkət - FOTOLAR
Bizi izləyin

Sağlamlıq

Sellüliti azaldan 3 hərəkət - FOTOLAR

Xəyalınızdakı gözəl bədən quruluşuna çatmağın vaxtı gəlib çatıb. Ayaq və budlarda əmələ gələn portağal qabığı görünüşüdən, yəni, sellülitdən xilas olmaq istəyirsinizsə, bu 3 məşqi mütləq edin. Sellüliti azaldan bu hərəkətlər sayəsində özünüzə olan inam yüksələcək və özünüzü daha çəkici hiss edəcəksiniz.

Publika.az sellülit problemini azaldan 3 məşqi təqdim edir:

Ayaqlar açıq çömbəlmə (Plie squat)

Selüliti Yok Eden 3 Egzersiz

Bir çox əzələ qrupunu eyni anda işlədən çömbəlmə hərəkəti sellüliti xeyli dərəcədə azladır. Bu hərəkəti etmək üçün ilk olaraq ayaqda dik mövqe alın və ayaqlarınızı çiyin genişliyində açın. Ayaqlarınızı açarkən pəncələri kənara tərəf baxmalıdır. Əllərinizi döşünüzün qarşısında birləşdirin, belinizi və başınızı dik tutaraq dizlərə doğru çökün. Təkrar ayağa qalxarkən bud əzələlərini gərginləşdirməyi unutmayın. 15 dəfə olmaqla hər gün 3 dəfə təkrar edin.

Körpü hərəkatı (Booty bridge)

Selüliti Yok Eden 3 Egzersiz

Budları sıxlaşdıran körpü hərəkətini yerinə yetirmək üçün ilk olaraq kürək üstü uzanın, sonra ayaqları yerə möhkəm basın. Əlləriniz yerə dəyəcək şəkildə yanlarda yerləşdirin. Ayaqlarınıza güc verərək çiyinlərinizi yerdən qaldırmadan ombanızı havaya qaldırın. Ombanızı havaya qaldırarkən əzələləri yavaşca sıxın. Hərəkəti ardıcıl şəkildə 15 dəfə təkrar edin. Gün ərzində 3 dəfə təkrar edin.

Dağa dırmaşma hərəkəti (Mountain hiker)

Selüliti Yok Eden 3 Egzersiz

Bədəndəki bir çox əzələ qrupunu eyni anda işlədən bu məşq sellülitlə mübarizə aparır. Bu hərəkəti yerinə yetirmək üçün jim vəziyyəti alın. Qarnınızı sıxaraq əvvəl sağ ayağınızı olduğunuz yerdə sinənizə çəkin və təkrar başlanğıc mövqeyinə qayıdın. Eyni hərəkəti sol ayağınızla da edin. Gün ərzində 3 dəfə olmaqla 15 dəfə təkrar edin.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm